Zagato atelyesi, xüsusi olaraq, Gran Turismo yarış simulyatoru üçün hazırlanmış yeni konsept avtomobilinin tizerlərini yayıb. Prototip Iso Rivolta adını alıb və italyan sənayeçisi İzo Revoltaya həsr edilib. Revoltanın şirkəti 1950-ci illərdə Isetta yığcam avtomobilini hazırlamışdı. Bu avtomobil Iso,VELAM, Romi və BMW markaları altında istehsal edilib.
Bununla belə, Zagato atelyesi konsept haqqında heç bir məlumat verməyib. Dərc edilmiş tizerdən avtomobilin kuzovun ön hissəsində olan iri hava gişilərinə və Pirelli P Zero şinləri ilə təchiz edilmiş qara rəngli təkər disklərinə malik olduğu görünür. Zagato atelyesi Gran Turismo simulyatoru üçün xüsusi olaraq avtomobil hazırlayan yeganə şirkət deyil.
Bu simulyator üçün avtomobilləri Aston Martin, Alpine, Bugatti, BMW, Chevrolet, Infiniti, Mazda, Mercedes-Benz, Mitsubishi, Mini, Nissan, Lexus, Peugeot, SRT və Hyundai markaları da hazırlayıb. 18 oktyabrda Gran Turismo franşizasının yeni hissəsi təqdim ediləcəkdir. Sport adını almış franşiza avtomobil yarışlarına həsr olunub.