Bu həftəsonu keçiriləcək son yarış öncəsi baş tutan təsnifat mərhələsində poul-pozişnin sahibi BMW komandasının barziliyalı pilotu Auqusto Farfus olub.

Üçüncü sərbəst yürüşlərdə Audi pilotları üstünlüyə malik olsalar da, onlar bu üstünlüklərini təsnifat mərhələsinə daşıya bilməyiblər. Təsnifat sessiyasının ilk hissəsində Audi pilotları sıralamaya başcılıq etsələr də, ikinci hissədə BMW M4 DTM avtomobilində yarışan pilotlar dominantlıq ediblər.

Dünən olduğu kimi, ilk üçyeriı Bavariya təmsilçısının pilotlar tutublar. Farfus birinci, Marko Vittmann - ikinci, Maksim Marten isə üçüncü nəticəni göstəriblər. Onları Audi komandasının britaniyalı pilotu Ceymi Qrin təqib edib. Dünənki yarışın qalibi Timo Qlok beşinci olub. 

Yeri gəlmişkən, Timonun son cəhdində Mercedes pilotu Edoardo Mortara ona maneçilik törədib. Əsəblərini cilovlaya bilməyən Qlok rəqibini nalayiq sözlərlə təhqir edib.

Hətta, alman pilot qaraja qayıtdıqdan sonra Mercedes komandasının qarajına yollanaraq Mortaraya qulaqburması vermək qərarına gəlib. Yalnız komanda rəhbəri Timonun qarşını kəsə bilib. 

Beləliklə Audi pilotları Rene Rast və Mayk Rokenfeller müvafiq olaraq altıncı və yeddinci, Mersedes pilotları Qəri Paffett və Maro Engel səkkizinci və onuncu olublar. İki Mercedes pilotunu Bruno Spenqler ayırıb.