Bu gün yağışlı hava şəraitində poula sahib olmuş Timo Qlok onu qələbəyə çevirməyə müvəffəq olub. Alman pilotun komanda yoldaşları Marko Vittmann və Maksim Marten podiumda finiş görərək BMW komandasına vacib xalları qazandırıblar.

Hollandiyanın Zandvort qəsəbəsinin yaxınlığında yerləşən avtodrom daha çox dar şəhər trekini xatırladır.

Bu səbəbdən trekdə ötmələrin çox çətin olması, poulun və düzgün stretegiyanın vacibliyini ön plana çıxarır. Bu gün keçirilmiş yarış bir daha bunu sübut etmiş oldu. Yarış boyunca demək olar ki, ötmələr müşahidə olunmadı. Yeganə ötməni Mattis Ekstrem (Audi) həyata keçirdi - pit-stopundan sonra peletonun sonuna düşən isveç pilot Tom Blomkvisti (BMW) ötməyə müvəffəq oldu.

Digər bir ötməni isə, yarışın sonlarına yaxın Qəri Paffett (Mercedes-Benz) etdi - Pol di Resta (Mercedes-Benz) ilə mübarizə aparan Rene Rastın (Audi) səhvindən istifadə edən britaniyalı asanlıqla Audi pilotunu geridə qoymağı bacardı.

Yarışı ilk iki cərgədə başlamış pilotlardan ən çox mövqe itirən pilot braziliyalı Auqusto Farfus idi - yarışı ikinci yerdə başlamış Farfus, uğursuz pit-stop strategiyası nəticəsində finişi altıncı olaraq keçdi. Yarışın sonuna yaxın ən real mübarizə, BMW  pilotu Maksim Marten və Audi təmsilçisi Mayk Rokenfeller arasında podiumun son pilləsi uğrunda gedən mübarizə idi. Lakin, Zandvort treki səhvə yol verməyən pilotu ötmək mürəkkəb məsələdir.

Elə buna görə də Maykın bütün cəhdləri boşa çıxdı. DRS-dən istifadə şanslarını bitirmiş alman pilot həmlə imkanını komanda yoldaşı Ceymi Qrinə versə də, britaniyalı da belçikalını keçməyi bacarmadı və finişdə Rokenfellerə mövqeyini geri qaytardı.

İlk onluğu tamamlayan pilotlar Pol di Resta, Qəri Paffett (hər ikisi Mercedes-Benz), Rene Rast və Niko Müller (hər ikisi Audi) oludular.

Bu gün keçirilmiş yarışdan sonra pilotlar çempionatındakı liderliyə 114 xal toplamış Rene Rast yüksəlib.

Bu gün texniki problem yaşayaraq yarışdan kənar qalan Mattias Ekstrem 113 xalla onu təqib edir. Lukas Auer 99 xalla üçüncüdür. Markalar çempionatına əvvəlki kimi Audi (446 xal) liderlik edir. Onu 380 xalla BMW və 351 xalla Mercedes-Benz təqib edirlər.  Komandalar çempionatına 211 xalla Audi Sport Team Rosberg komandası başçılıq edir.

BMW Team RBM komandası 154 xalla ikinci, Audi Sport Team Abt Sportsline isə 150 xalla üçüncüdür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt