Qüvvədə olan dünya çempionu Marko Vittmann bazar günü Zandvortda əldə etdiyi qələbədən məhrum edilib.

BMW pilotu Mayk Rokenfellerin hücumlarına davam gətirərək, bu mövsümdə ilk dəfə podiumum ən yüksək pilləsinə qalxaraq, kuboku Maks Ferstappendən almışdır. Lakin, yarışdan sonrakı texniki təftiş zamanı alman pilotun BMW M4 DTM avtomobilinin çənində yoxlamaq üçün götürülən yanacağın 1 litrdən az olduğu aşkar edilib ki, bu da seriyanın idman reqlamentinin 29.A.1 maddəsinin pozulması deməkdir. Beləliklə, Marko Vittmann yarışın protokolundan çıxarılıbdır. Qalib olaraq Mayk Rokenfeller təsdiq edilib. İkinci, DTM çempionatında ilk podiumunu qazanmış Loik Dyüval, üçüncü isə Mattias Ekstrem elan edilib.

Vittmann 25 xalın itirilməsindən sonra pilotlar çempionatındakı ikincilikdən səkkizinci yerə geriləyib. Bu da DTM çempionatında mübarizənin sıx olduğunun başlıca əlamətidir.