Çinin Ninbo regionunda fəaliyyət zavodun konveyerindən ilk Zeekr elektrokarları çıxmağa başlayıb. Geely şirkətinə məxsus olan gənc subbrend premium sinifli elektrokarları buraxmaqla mükəlləfdir və Tesla şirkəti ilə rəqabət aparmalıdır. Markanın ilki olan Zeekr 001 modeli ikimühərikli güc qurğusuna, 100 kilovat-saatlıq batareyaya və 281-360 min yuan arasında qiyməti olan üç varianta malikdir. Konveyerdən çıxan ilk elektromobillər bu şənbə alıcılara göndərilməlidilər.
Zeekr 001 modelinin istehsalı, xüsusi olaraq bu marka üçün inşa edilmiş, Ninbodakı yüksək texnologiyalı zavodda yerləşdirilib. Zavodun ərazisini 5G şəbəkəsi əhatə edir, bir çox proseslər 300 robot sayəsində avtomatlaşdırılıb. Bundan başqa, zavod ətraf mühitə təsir göstərmir, müştərilər isə istehsal prosesini real vaxt rejimində izləyə bilərlər - yığım xətlərində kameralar quraşdırılıb.
Zeekr 001 modeli yeni Sustainable Experience Architecture (SEA) platformasına əsaslanır ki, bu platforma da iki və ya üç mühərriklə təchiz edilmiş elektrokarları buraxmağa imkan verir. Yeni platformanın əsas xüsusiyyəti açıq kodudur - onun sayəsində SEA platformasında təkcə Geely konserninə daxil olan markaların (Lynk&Co və Geometry) deyil, kənar markalarında avtomobillərini inşa etmək olar.
Zeekr 001 modeli ümumi hasilatı 544 at qüvvəsi və 768 Nm fırlanma anı olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir. Yerindən 100 km/saata sürətlənmək üçün elektrokara 3,8 saniyə kifayətdir. Elektrokarın 100 km/saatdan əyləc yolu 34,5 metrdir.
Elektrokarın mühərrikləro 100 kilovat-saatlıq batareyadan qidalanırlar. Batareyanın 10 faizindən 80 faizinə qədər Doldurulmasına yarım saat tələb olunur. Batareya 526 ilə 712 kilometr arasında yürüş məsafəsini təmin edir. Doğrudur, bu hesablamalar Çində istifadə edilən köhnəlmiş NEDC dövrenə əsasən aparılıb.
Zeekr elektromobilinin konveyerə təzəcə çıxmasına baxmayaraq, istehsalçı “softun” ilk yenilənməsi üzərində çalışdığını bildirib. Yenilənmə elektrokarlara Over The Air (OTA) simsiz birləşməsi vasitəsi ilə ötürüləcəkdirlər. Bundan başqa, gənc marka Çinin 10 şəhərində 360 kilovat gücündə yüksək sürətli şarj stansiyaları şəbəkəsini açacağını bəyan edib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.