Geely konserninə daxil olan Zeekr premium subbrendinin marketinq strategiyası unikaldır: çinlilər bazarı 001 liftbəki və 009 miniveni ilə fəth etməyə başlasalar da, markanın çeşidində hələ də ofrouderlər yoxdur. Zeekr yalnız 4,5 metr uzunluğundakı yığcam X krossoverini təklif edir. Lakin bu nöqsan tezliklə aradan qaldırılacaq, çünki Zeekr təxminən beş metr uzunluğunda olan Ark krossoverini hazırlayır. Artıq yeniliyin kamuflyaja bürünmüş şəkilləri də yayımlanıb.

Zavoddaxili CX1E işarələnməsinə malik olan krossoverinin (qeyri-rəsmi adı - Ark) yaxınlaşan premyerası Zeekr brendinin planı ilə təsdiqini tapıb: 2024-cü ildə yeni model təqdim olunmalıdır. İlkin məlumatlara görə, yenilik Zeekr 007 sedanının şassisində hazırlanacaq - yəni, söhbət uzunluğu 4,9 - 5,0 metr arasında olan avtomobildən gedir.

Prototipin rəsmi şəkillərində gözlənilməz heç nə yoxdur: krossoverin dizaynı brendin korporativ üslubunda işlənib, işıqlandırma texnologiyası demək olar ki, digər Zeekr avtomobillərindəki ilə eynidir. Bənzərlik “batırılmış” qapı tutacaqları, maili kapot və təkər tağlarının xarakterik forması sayəsində əldə edilir. Şübhəsiz ki, Zeekr Ark özünəməxsus xüsusiyyətlərə sahib olacaq, lakin onlar hələlik məlum deyillər.

Image alt Image alt Image alt

İlkin məlumatlara görə, Zeekr krossoveri 800 voltluq elektrik sistemi ətrafında inşa ediləcək, oxlar arasında isə, brendin özünün məhsulu olan batareya yerləşdiriləcək. Yenilik artıq digər modellərdən tanış olan silisium karbidindən mühərrikləri alacaq və dolu batareya ilə ən azı 700 kilometr qət edəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.