Geely holdinqi Zeekr brendini 2021-ci ildə xüsusi olaraq premium elektromobillər istehsal etmək üçün yaratmışdı. Buna baxmayaraq, artıq Zeekr loqotipini daşıyan hibrid modellərin də buraxılmasına başlanılıb. Brendin ilk avtomobili 001 liftbəki olub və Zeekr brendi kimi, o da ilk ildönümünü - beş illik yubileyini qeyd edir. Əlbəttə ki, bu münasibətlə elektromobilin xüsusi nəşri də hazırlanıb.
Xüsusi buraxılış Zeekr 001 5th Anniversary adlanır. Onun əsas xarici xüsusiyyəti, aqressiv dizaynı ekstremal dördmühərrikli Zeekr 001 FR superkarını xatırladan FR-Line karbon kuzov dəstidir. Kuzov və firma loqotiplərində qırmızı rəngli vurğulardan istifadə olunur.
Bundan başqa, yubiley versiyası Pirelli P Zero şinləri taxılmış qara rəngli 22-düymlük döymə təkər diskləri ilə təchiz edilir. Parlaq qırmızı rəngli supportları olan altıporşenli Brembo əyləc mexanizmləri də standart təchizata daxildirlər.
Salon tərtibatında da qırmızı çlardan bol şəkildə istifadə olunub. Məsələn, ön panel, oturacaqlar və qapılardakı alkantaradan örtmələr, eləcə də təhlükəsizlik kəmərləri və digər xırda dekor da qırmızı rəngdədır.
Yubiley xüsusi buraxılışının özünəməxsus idman xarakterinə baxmayaraq, onun təchizatı komfort atributları ilə zəngindir: bunlara misal kimi masaj funksiyalı ön oturacaqları, ulduzlu səma effekti və avtomatik qaralma funksiyası olan panoram damı, 4680 vatt gücündə 29 dinamikli audio sistemi və əlbəttə ki, geniş elektron yardımçılar dəsti ilə təchiz edilmiş qabaqcıl kruiz-kontrolu göstərmək olar.
Zeekr 001 5th Anniversary xüsusi versiyası adi elektromobilin ən güclü modifikasiyasına əsaslanır. İkimühərrikli tam ötürmə sistemi 925 at qüvvəsi və 913 Nm fırlanma anı hasil edir. Güc qurğusu liftbəki 100 km/saat həddinə 2,91 saniyəyə sürətləndirir.
Yubiley versiyasının maksimal sürəti 280 km/saatdır. 103 kilovat/saat batareya 680 kilometr məsafəni qət etməyə imkan verir.
Müqayisə üçün, yubiley versiyasının görünüşünü təqlid etdiyi ekstremal Zeekr 001 FR modeli dörd mühərrikli tam ötürməyə (1265 at qüvvəsi, 1280 Nm) malikdir və 0-dan 100 km/saat sürətini 2.07 saniyəyə toplayır.
Lakin Zeekr 001 modelinin yubiley versiyas FR modelindən təkcə xarici görünüşü almayıb. O, standart pnevmoasqısı əvəzinə KW amortizatorları olan yaylı şassini alıb. Tənzimləmələrin geniş diapazonu mövcuddur: 16 geriqaytarma və 12 sıxılma səviyyəsi var, klirensin hündürlüyü isə, 35 millimetr diapazonunda tənzimlənə bilər.
Zeekr 001 5th Anniversary tezliklə satışa çıxarılmalıdır, lakin yubiley versiyasının qiyməti hələlik açıqlanmayıb. Bununla belə, yubiley liftbəki əsaslandığı Ultra+ versiyasından (330 min yuan və ya 48 min dollar) daha bahalı, lakin ekstremal 001 FR modifikasiyasından (770 min yuan və ya 112 min dollar)daha ucuz olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









