Bu ilin aprelində ictimayyətə təqdim edilmiş Zeekr markası ilk uğurları ilə bölüşüb. Səkkiz ay ərzində 001 indeklsi ilk elektromobilini hazırlayan Çin startapı, onun istehsalını Ninbo şəhərində inşa edilmiş supermüsair Intelligent Factoru fabrikində həyata keçirir. Bu günə Çin şirkəti öz müştərilərinə artıq iki mindən çox Zeekr 001 fastbəkini yola salıb.
Qeyd etmək gərəkdir ki, bu elektromobillərdən 199 nüsxəsi artıq cari ilin oktyabrında müştərilərə çatdırılıb. Noyabr ayında isə Zeekr markası Çinin 150 şəhərində yaşayan müştərilərinə 2.012 ədəd 001 modelini göndərib. Ümumilikdə, Çin marksı istehsala başladığı gündən bu ana qədər 2.211 avtomobil satıb.
Şirkətdən Zeekr 001 fastbəkinin orta qiymətinin 335 min yuan (80 min manat) təşkil etdiyini, sifarişlərin böyük hissəsinin isə orta və yüksək qiymət diapazonunda olduğunu bildiriblər. Şirkət istehsal gücünü 2022-ci il boyu artırmağı, 2023-cü ildə isə Avropa və ABŞ da daxil olmaqla dünya bazarlarına çıxmağı planlaşdırır.
Bu arada Geely konserni xEV (BEV, PHEV, HEV – batareyalı elektromobillər, plagin və adi hibridlər) modellərinin rekord satışlarını bayram edir. Noyabr ayında Geely, Lynk&Co və Zeekr (Volvo və Polestar hesaba alınmayıb) markaları altında ümumilikdə 16.161 ədəd elektrikləşdirilmiş avtomobil satılıb. Bu, 2019-cu ilin may ayında qeydə alınmış rekord göstəricidən 176 ədəd (15.985 ədəd) çoxdur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.