Hər kəs Zeekr markasının ilk krossoverinin 003 adlandırılacağını gözləyirdi, çünki Çin markasının model xəttində artıq 001 indeksli liftbək və 009 indeksli miniven var. Lakin Geely holdinqi qəfildən ad konsepsiyasını dəyişmək qərarına gəlib və ona görə də, Zeekr subbrendinin üçüncü modelinə daha sadə ad verilib - Zeekr X.
Zeekr X krossoverini ölçülərinə görə yığcam BMW X1 və Volvo XC40 modelləri ilə müqayisə etmək olar. Yığcam krossoverin uzunluğu 4450 millimetr, eni - 1836 millimetr, hündürlüyü - 1572 millimetr, oxları arasındakı məsafə isə 2750 millimetrdir. Lakin Zeekr X qeyri-adi dizaynı və bir sıra həlləri ilə seçilir: Bentley şirkətindən Geely konserninə keçmiş Stefan Zilaffın komandası əllərindən gələni edib! Məsələn, çərçivəsiz qapılar tutacaqlardan məhrumdurlar: elektrik kilidlərinin açılmasına dam dirəklərindəki miniatür düymələr cavabdehdirlər.
Gündüz hərəkət işıqları tərkibli h-formalı naxış şəklindədirlə - onların hər birində 41 LED var, əsas matrisa fənərləri isə aşağıda yerləşirlər. Yan güzgülər çərçivəsiz konstruksiyaya malikdirlər, yükləmə konnektorunun qapağı isə, etibarlı şəkildə gizlədilib. Yuxarı qalxan beşinci qapıda iki şüşə var: yuxarı şüşə demək olar ki, üfüqi vəziyyətdə yerləşir və faktiki olaraq damın davamıdır.
İnteryeri yalnız casus şəkillərində görmək olar: o, minimalizm üslubundadır, iki ekran və minimum düymələrə malikdir. Təəssüf ki, texniki hissə barədə məlumatlar açıqlanmayıb. Yalnız, Zeekr X krossoverinin brendin digər iki modelinin qurulduğu SEA (Sustainable Experience Architecture) modul platformasına əsaslandığı qeyd olunub. Ən güclü ikimühərrikli versiya isə, 100 km/saat həddiə təqribən üç saniyə sürətlənməlidir.
Zeekr X krossoverinin tamölçülü təqdimatıı yazda baş tutmalıdır. Çin yeni modelin satılacağı ilk bazar olacaqdır. Bununla belə, Geely holdinqi bu ilin sonuna qədər Zeekr brendini Avropa bazarına çıxarmaq niyyətindədir və çox güman ki, krossover burada satılacaq ilk avtomobil olacaqdır. Artıq Zeekr X modelinin Köhnə Dünyadakı sınaqlarına start verilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.