Danimarkanın Zenvo Automotive şirkəti TSR-S superkarının ümumi yollar üçün nəzərdə tutulmuş versiyası barədə məlumat verib. Kupe, firma Zenvo Centripetal Wing adlı aktiv “mərkəzəqaçan” arxa antiqanadı qoruyub saxlayıb. Eyni zamanda, superkar “fraqmentləşdirilmiş” karboplastikdən hazırlanmış təkər disklərinə və kompozit liflərin xüsusi toxunmasına malik olan kuzov panellərinə sahib olub. Modelin qiyməti 1,5 milyon avro təşkil edir.
Zahiri cəhətdən sonuncu Zenvo TSR-S modelini xüsusi hörülmə naxışı olan karbonplastikdən hazırlanmış detallar sayəsində tanımaq olar. Bundan başqa, ilk növbədə “fraqmentləşdirilmiş” karbonplastikdən hazırlanmış təkər diskləri diqqəti çəkir – bu materialın hazırlanması üçün əl ilə doğranmış və üzərinə birləşdirici qətran tökülmüş karbon lifindən istifadə olunub. Karbondan hazırlanmış təkər diskləri 15 kiloqram çəkiyə qənaət etməyə imkan verib.
Superkarın daha bir maraqlı cəhəti yeddi pilləli hibrid sekvental ötürmələr qutusudur. Qutu iki rejimdə işləyir: Road rejimində elektronika belə qutulara xas olan dürtmələrin qarşısını alır. Race rejimində isə, qutu yarış avtomobillərindəki kimi kəskin mexaniki ötürmələrə yol verir.
Elektromotor şəklində olan hibrid əlavə dartma qüvvəsini dəqiq tənzimləməyə və ehtiyac olduqda səkkizinci ötürməni həyata keçirir. Eıelktromotor arxaya hərəkətə də cavabdehdir.
Firma “mərkəzə istiqamətlənən” antiqanad iki əyilmə oxuna malikdir. Antiqanad hücum bucağını dəyişərək hava əyləci kimi çalışa, həmçinin döngənin mərkəzinə nisbətən vəziyyətini dəyişə bilər. Belə həll yolu əlavə yerəbasma gücünü əldə etməyə və köndələn dayanıqlılıq stabilizatoru effektini yaratmağa imkan verir. Antiqanadın yana əyilməsi halında yerəbasma gücü 3% azalır, lakin, eyni zamanda, şaquli gücün 30 faizi qədər köndələn güc peyda olur.
Zenvo TSR-S modelinin bütün kuzov panelləri karbondan hazırlanıb. Hiperkar 1193 at qüvvəsi hasil edən 5,8-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli robotlaşdırılmış transmissiya ilə tandemdə çalışır. 1495 kiloqramlıq çəkiyə malik olan avtomobil 100 km/saat həddini 2,8 saniyəyə, 200 km/saat həddini isə 6,8 saniyəyə toplayır. Hiperkarın maksimal sürəti elektronika tərəfindən 325 km/saat həddində məhdudlaşdırılıb.