Amerika Birləşmiş Ştatlarının hərbi aviasiya səhəsində lider olduğu şübhəsizdir, lakin digər ölkələr də öz aviasiya sənayesini inkişaf etdirməyə çalışırlar. Söhbət əlbəttə ki, beşinci nəsil qırıcılarından gedir. Belə ölkələrdən biri də Yaponiyadır. Qeyd etmək lazımdır di, “Doğan Günəş” ölkəsi öz Hərbi Hava Qüvvələri üçün beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq qərarına gəlib.

Əslində belə qərarın qəbul edilməsinin maraqlı tarixçəsi var. Məlumdur ki, Yaponiya ABŞ-ın yaxın müttəfiqlərindən biridir və illər öncə bu ölkə özünün HHQ üçün F-22 Raptor təyyarəsini almaq istəmişdi. Bu barədə ilkin razılıq əldə edilsə də, sonradan amerikalılar geriyə addım atıblar - Senat F-22 Raptor təyyarəsinin digər ölkələrə ixrac edilməsini qadağan edən qanun qəbul edib.

Bundan sonra, ABŞ hökuməti Yaponiyaya F-35 Lightinig II qırıcısını almağı təklif edib. Əslində, bu qırıcı təyyarə universallığı ilə seçilir - o həm yerdəki, hə su üzərindəki və həm də havadakı hədəflərə zərbə endirməyə qadirdir. Lakin, bu xüsusiyyətlər Yaponiyanın hərbi doktrinası ilə üst-üstə düşmür və yaponlara ölkənin hava məkanını müdafiə edən döyüş təyyarəsi lazımdır. Doğrudur, Yaponiya təklif edilən F-35 Lightining II qırıcısından imtina etməsə də, özünün döyüş təyyarəsini yaratmaq qərarına gəlib.

Hal-hazırda Yaponiya Özünümüdafiə Qüvvələrinin sərəncamında köhnəlməyə başlayan Mitsubishi F-2s və amerikan F-15. Eagle təyyarələri vardır.

Yapon beşinci nəsil qırıcısının layihəsi ATD-X (Advance Technology Demonstrator-X) adlanır və bu layihəyə uyğun olaraq yaradılmış ilk prototip Mitsubishi X-2 qırıcısıdır. Adından da göründüyü kimi, layihənin podratçısı aviasiya sahəsində böyük təcrübəsi olan Mitsubishi korporasiyasıdır.

Qeyri-rəsmi Shinshin (Ruh) kod adını almış prototip ultramüasir yapon texnologiyalarını, qabaqcıl yapon aviasiya elektronikası üçün sınaq və nümayiş stendidir. ATD-X təyyarəsinin uzunluğu 14,5 metr, qanadının uzunluğu isə doqquz metrdir. Belə ölçülərə sahib olan təyyarə gələcək əsl beşinci nəsil qırıcısının kiçik nüsxəsidir. Bununla birlikdə, ATD-X prototipinin içərisində dünyada mövcud olan ən qabaqcıl uçuş idarəetmə sistemləri quraşdırılmışdır.

Beşinci nəsil qırıcı üçün hazırlanan sistemlərin əksəriyyəti hələ inkişaf mərhələsindədir və Yaponiya hökuməti tərəfindən ciddi şəkildə sirr olaraq qorunur. Ancaq mövcud olan xırda məlumatlardan məlum olduğu kimi, gələcək qırıcıda tənzimlənən dartma vektoru olan mühərriklər quraşdırılacaqdır ki, bu da aşağı sürətlərdə uçuş zamanı təyyarənin manevr və idarəetmə qabiliyyətini artırır. Ölüçlərinin kiçik olmasına baxmayaraq, ATD-X prototipinin mühərrikləri olduqca güclüdür.

“ATD-X prototipinin IHI mühərriklərini təəccüb doğurur. Onlar, Boeing F/A-18E/F Super Hornet qırıcısında istifadə olunan General Electric F414 mühərriklərindən 50 faiz daha çox güc hasil edirlər. Belə mühərriklərdən biri ATD prototipinin F-15 təyyarəsi ilə müqayisə edilən uçuş xüsusiyyətləri təmin etmək üçün kifayət edə bilər, lakin iki ədəd IHI mühərrikinin imkanları ATD-X təyyarəsinə beşinci nəsil qırıcılarına qarşı sürülən bütün tələblərə cavab verməyə yardım edəcəkdir”, - Aviation Week nəşri bildirib.

Gəzən şayiələr görə, ATD-X təyyarələrinin bütün idarəetmə sistemləri optik rabitə texnologiyalarından istifadə edəcək və onların köməyi ilə böyük miqdarda məlumat optik kabellər vasitəsi ilə yüksək sürətlə ötürüləcəkdir. Bundan əlavə, optik kanallar elektromaqnit impulslarından və ionlaşdırıcı radiasiyadan təsirlənmir.

Düşmənin iki növ radio-elektron mübarizə sistemlərinin qarşısının alınmasına imkan verən çoxfunksiyalı RF Sensor sisteminə əlavə olaraq, təyyarənin bütün səthi aktiv “stels” texnologiyalardan ibarət olan miniatür aktiv antennalar ilə örtüləcəkdir. Təyyarənin səthinə düşən radio dalğaların, aktiv antennalar tərəfindən yayılan radio dalğalar ilə qarşılıqlı əlaqəsi gələcək qırıcını “görünməzliyini” çox geniş diapazonda idarə etməyə imkan verəcəkdir.

Ancaq gələcək qırıcının ən qabaqcıl sistemi, özünü bərpa edən Repairing Flight Control Capability sistemidir. Bu sistemin sensorlardan ibarət olan “əsəb sistemi” təyyarənin bütün konstruksiyasını və hissələrini əhatə edəcək, onlar tərəfindən toplanan məlumatların köməyi ilə hər hansı bir nasazlığı və ya zədəni aşkar edərək, mövcud vəziyyətdə təyyarə üzərində mümkün maksimal nəzarəti təmin etmək üçün idarəetmə sistemini yenidən tənzimləyəcəkdir.

ATD-X təyyarəsində Mitsubishi Electronics tərəfindən hazırlanmış aktiv mərhələli antenna qəfəsi (AMAQ) olan radar sistemindən istifadə edəcəkdir. Bu radar sistemini F-35 Lightining II qırıcısinda quraşdırılan ən yeni AN/APG-81 sistemi ilə müqayisə edilə biləcəyi, dinamik olaraq C və Ku tezlik diapazonları arasında dəyiçə biləcəyi və quraşdırılmış radio-elektron mübarizə imkanlarına sahib olduğu deyilir.

Planlara görə, ATD-X prototipinin ilk sınaq uçuşu bu ilin sonunda baş tutmalıdır. Hər şey plana uyğun gedərsə, Yaponiya özünün beşinci nəsil F-3 qırıcılarının istehsalına 2027-ci ildə başlayacaqdır.

28 Mart 2012-ci il tarixində Mitsubishi Heavy Industries şirkətinin Tobishima Plant zavodunda, tam miqyaslı perspektiv ATD (Advanced Technology Demonstration) texnologiya nümayişçisinin yığılmasına başlanıb. ATD Yaponiya Müdafiə Nazirliyi ilə başlanmış müqavilə əsasında istehsal olunur və buna görə də, təyyarədən gələcək yapon qırısıları üçün nəzərdə tutulmuş qabaqcıl texnologiyaların, o cümlədən “stels” texnologiyaların inkişafı və uçuş sınaqlarının keçirməsi məqsədi ilə istifadə olunacağı bildirilir.

28 yanvar 2016-cı il tarixində ilk Mitsubishi X-2 Shinshin uçuş prototipi nümayiş etdirilib. Prototip ilk uçuşunu 22 Aprel 2016-cı ildə həyata keçirib. Texnologiya nümayişçisi layihələndirilən qırıcının kiçik ölçülü bir versiyasıdır. Bu səbəbdən də prototipin konstruksiyasında daxili silah bölmələri nəzərdə tutulmayıb. Çoxlu sayda qabaqcıl texnologiyaları alacaq F-3 qırıcısının ölçülərinə görə F-15J təyyarəsinə yaxın olacağı bildirilir.

UTX:

   

Modifikasiya

X-2

Qanadlar, m

9.10

Təyyarə uzunluğu, m

14.17

Təyyarə hündürlüyü, m

4.51

Qanad sahəsi, m2

 

Ağırlıq, kq

 

  boş təyyarə 

9.700

  maksimum uçuş

 

Mühərrikin növü

2 turboreaktiv IHI XF5-1 mühərriki 

Dartma qüvvəsi, kN

 

Forsajsız

 

Forsajla

2 х 49.03

Maksimum sürət, km/saat 

2.475

Kreyser sürəti, km/saat

1.950

Praktiki mənzili, km

2.900

Praktiki tavan, m

19.800

Heyət, nəfər

Bir