Zero to 60 Designs tüninq-atelyesi Las-Veqasda keçiriləcək SEMA tüninq sərgisi üçün xüsusi Ford Mustang avtomobilini hazırlamışdır. Yeni avtomobil GTT (Gran Turismo Tribute) adınıalmışdır. Layihə altı ay müddəində hazırlanıb başa çatdırılmışdır.

Avtomobilin xarici görkəminə diqqət yetirsən Mustang dizaynı ilə yanaşı, GT superkarına məxsus olan cizgiləri də müşahidə etmək olar. Layihənin hazırlanması üçün əsas olaraq beş litrlik səkkiz silindirli mühərriklə təchiz edilmiş Ford Mustang əzələ avtomobili götürülmüşdür.

Avtomobilin mühərriki quraşdırılımış yeni idarəetmə bloku və mexaniki kompressor sayəsində 800 at qüvəsinə malik olmuşdur.

Bundan əlavə, sportkar Magnaflow buraxılış sistemini, Eibach Pro-Street-S idman asqısını, daha güclü Brembo əyləc mexanizmlərini və Pirelli P-Zero təkərləri olan yeni diskləri əldə etmişdir. Zero to 60 Designs atelyesi GTT modelindən məhdud sayda buraxmağı planlaşdırır.

Avtomobilin qiyməti Milad bayramı ərəfəsində elan edilməlidir. Ford GTT modelinin yığılmasına 2017-ci ildə başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt