Bu həftə BMW şirkəti X5 modelinin zirehli variantını nümayiş etdirib. Yeni zirehli krossover sərnişinləri 7,62 millimetrlik Kalaşnikov avtomatının atəşindən qoruyan VR6 müdafiə səviyyəsinə malikdir. Bunu nümayiş etdirmək üçün alman istehsalçısı atəşə məruz qalmış avtomobilin şəkillərini dərc edib.
Şəkilləri BMW Blog saytı dərc edib. Zirehli krossoverə 300 dəfə atəş açıblar. Kadrlardan göründüyü kimi, avtomobil bu sınaqdan şərəflə çıxıb - güllələr kuzov və şüşələrdə batıqlar qoysa da, birbaşa keçən güllələr olmayıb.
Yeni krossoverdə zirehlənmə imkanları layihələndirmə zamanı nəzərdə tutulub. BMW X5 G05 Protection modelinin tavan və altını polad və kompozit materialların köməkliyi ilə, əlavə olaraq, gücləndirmək mümkündür. Maksimum dərəcədə müdafiə səviyyəsinə malik olan krossover, 200 qramlıq bomba daşıyan dronunun hücumundan və 15 kiloqramlıq fuqasın 4 metrlik məsafədə partlamasından tam müdafiə olunub.
Zirehli X5 modeli 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə təchiz edilmiş M50i versiyasının əsasında inşa edilib. Zirehli krossover pnevmodayaqların əvəzinə adi yaylar, Run Flat şinləri olan xüsusi 20-düymlük təkər diskləri və özüqapanan yanacaq çəni daxildir. Avtomobilin 33 millimetrlik şüşələri açılmır. Yalnız sürücü şüşəni 10 santimetr endirə bilər.
BMW X5 Protection modelinin çəkisi sirr olaraq qorunur. Adi X50 M50i modelinin 2,5 ton çəkiyə malik olduğunu nəzərə alsaq, sirehli krossoverin ən azı bir ton ağır olduğunu ehtimal etmək olar. Krossoverin maksimal sürəti 210 km/saata qədər məhdudlaşdırılıb. 100 km/saat həddinə zirehli X5 modeli 1,6 saniyə yavaş sürətlənir.
Zirehli krossoverin satışlarına gələn il başlanacaqdır. X5 Protection modelinin əsas satış bazarları Şimali Amerika və Afrika ölkələri olacaqdır.