Mercedes-Benz şirkəti Mercedes-Maybach S600 Pullman limuzinin zirehli variantı olan Guard modifikasiyasını təqdim etmişdir. Zirehli avtomobilin rəsmi təqdimat mərasimi bir neçə gündən sonra işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir.

Mercedes-Maybach S600 Pullman Guar modelinin konstruksiyasında aramid, əlavə polad panellərdən və polikarbonat örtüklü çoxqatlı şüşədən istifadə edilmişdir. Limuzin Almaniyada ən yüksək müdafiə standartı olan VR9 ballistik müdafiə səviyyəsinə malikdir. Bu avtomobilə hücum tüfəngindən edilən aramsız atəşə davam gətirmək imkanı verir. Eyni zamanda, Mercedes-Maybach S600 Pillman Guard Directive ERV 2010 sinfinə üyğun olan partlayışdan müdafiə səviyyəsinə də malikdir. Bu avtomobilə iki metrə qədər olan məsafədə 15 kiloqram trotil ekvivalentində olan partlayışdan müdafiə şansı verir. Avtomobilin ümumi çəkisi 5100 kiloqram təşkil edir. Mercedes-Benz şirkətinin mütəxəssisləri qapı mexanizmlərində xüsusi elektomotorlardan istifadə etmişdirlər ki, qapıların açılıb-baölanması zamanı bu motorlar avtomatik olaraq işə düşür. Mercedes-Maybach S600 Pullman Guard modeli 523 at qüvvəsi və 830 Nm fırlanma anı olan 6,0-litrlik iki turbokompressorlu V12  mühərriki ilə hərəkətə gəlir. Zireli limuzinin satış qiyməti 1,4 milyon avrodur. Sifarişçilər ilk avtomobilləri 2017-ci ilin birinci yarısından sonra alacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt