Dünən Zolder avtodromunda keçirilmiş ikinci sərbəst yürüşlərə BMW komandasının avstriyalı pilotu Filipp Enq başçılıq edib. O, Zolderdəki dövrəni 1.22,476 zamanla başa vuraraq ikinci sərbəst yürüşlərin ən yeyin pilotu olub.
İkinci nəticəni özəl WRT Team Audi Sport komandasının cənubiafrikalı Conatan Aberdin göstərib. O liderə 0,039 saniyə uduzub. Üçüncü nəticəni isə ilk sessiyanın lideri Rene Rast göstərib. Onu komanda yoldaşı Robin Friyns təqib edib. İlk beşliyi BMW komandasından Timo Qlok tamamlayıb. İlk onluğa Marko Vittmann, Bruno spenqler (hər iksi - BMW), Niko Müller (Audi), Şeldon Van der Linde və Coel Eriksson (hər iksi - BMW) daxil olmağı bacarıblar.
«Çox xoşbəxtəm, - sonradan Enq bildirib. - Əldə etdiyimiz nəticə avtomobilin yaxşı tempə malik olduğundan xəbər verir. Sessiya satıt tərzdə keçib və ümid edirəm ki, həftəsonu belə davam edə biləcəyik».