Britaniyanın Ultima layihəsinin yeni sahibi olan Peregryn Automotive öz GT-R modeli ilə superkar dünyasına iddialı qayıdışa hazırlaşır. Şirkət Ultima modellərinin intellektual mülkiyyətini, hüquqlarını və istehsal avadanlıqlarını əldə etdikdən sonra istehsalı ABŞ-a köçürür. Yeni GT-R isə arxa hissədə yerləşdiriləcək General Motors mənşəli V8 mühərriki ilə fərqlənəcək.

Peregryn təxminən 700 at gücü hədəfləyir və güc qurğusu olaraq GM konserninin LS və ya LT ailəsindən istifadə etməyi planlaşdırır. Avtomobilin boş çəkisinin təxminən 953 kiloqram olması nəzərdə tutulur. Şirkət 60 mil/saata (97 km/saat) sürətlənmənin 2,2 saniyə ətrafında ola biləcəyini . Bu göstəricilər GT-R-in əsas üstünlüyünü ortaya qoyur: güc/çəki nisbəti.

GT-R-in əsas hədəfi isə yeni Chevrolet Corvette ZR1 modelidir. Peregryn daha aşağı çəki hesabına 5,5 litrlik V8 biturbo mühərriki olaan ZR1-in tempinə çatmağı hədəfləyir. Burada iki fərqli fəlsəfə qarşılaşır: Corvette yüksək texnologiya və gündəlik istifadəyə yararlılıq üzərində qurularkən, Peregryn minimum elektronika, mexaniki xarakter və sürücüyə fokuslanan quruluşu ön plana çıxarır.

Modelin sekvensial transmissiya ilə təklif olunacağı və kiçik həcmdə istehsal ediləcəyi bildirilir. Superkarın başlanğıc qiymətinin təxminən 195 min dollar olması, ilk müştəri avtomobillərinin isə 2027-ci ildə sifarişçilərə təhvil verilməsi planlaşdırılır.

Peregryn GT-R-in marağı yalnız 700 at gücündə deyil. Onun əsas fəlsəfəsi müasir superkarların getdikcə daha mürəkkəb və ağırlaşdığı bir dövrdə yüngüllük, sadəlik və mexaniki sürüş hissini ön plana çıxarmaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

Peregryn GT-R Corvette ZR1-dən daha güclü olmayacaq. Onun üstünlüyü başqa yerdədir — daha az çəki və daha mexaniki xarakter. Əsas sual isə budur: 953 kiloqramlıq V8 superkar ZR1-in tempinə çata bilərmi?

Cavabı 2027-ci ildə alacağıq.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.