Chevrolet şirkəti “dama-dama göl olar” azərbyacan atalar sözlərini yaxşı qavrayıblar. Misal? Şanxayda keçirilən avtosalonda nümayiş etdirilmiş TrailBlazer krossoverini götürək. Əvvəlcə amerikallar avtomobilin eksteryerini nümayiş etdiriblər.

Şanxayda nümayiş etdirilən Chevrolet TrailBlazer modeli tamamilə tündəşdirilmiş şüşələrə malik olub. Yəni, onun salonunu görmək şansı sıfıra bərabər idi. Üstəlik, avtomobil haqqında faydalı bir məlumat səsləndirilməyib. Bu günlərdə amerikan istehsalçısı yenidən TrailBlazer mövzusuna qayıdıb. İstehsalçı yeni avtomobilin qlobal model olduğunu bildirib və onun ön panelinin şəklini yayıb. Vəssəlam...