Jeep şirkəti və Mopar bölümü hər il keçirilən Easter Jeep Safari pasxa safarisi üçün iki yeni konsept hazırlayıblar. Dərc edilmiş tizerlərdən hər iki konseptin Gladiator pikapının əsasında inşa edildiyi görünür.

İstehsalçı konseptlər barədə məlumatla bölüşməyib. Yeganə məlum olan konseptlərin 13-21 aprel tarixləri arasında Moab şəhərində keçiriləcək festivalda təqdim ediləcəyidir. Xatırladaq ki, keçən il tərəfdaşlar Moabda yeddi konseptual ofrouder nümayiş etdiriblər. Onlardan beşi Wrangler, biri -Renegade, sonuncusu isə, Wagoneer modelinin bazasında yaradılmışdır.