Rusiyanın AvtoVAZ şirkəti Avropadakı satışlarını artırmağa davam edir. Lada Vesta və Granta modelləri Avropada ən çox satılan 100 avtomobilin arasında yer almağa müvəffəq olublar. Focus2move konsaltinq şirkətinin məlumatlarına görə, cari ilin 9 ayında Lada Avropa bazarında 82794 ədəd Vesta modeli satıb. Bu keçən ilin müvafiq dövrünə nisbətən 46,5% çoxdur.

Rus markası uğurlu satış rəqəmləri sayəsində ən çox satılan nəqliyyat vasitələri sıralamasında 71-ci yerdən 49-culuğa qədər yüksəlib. Belə ki, Lada Vesta 83 mindən çox satılmış Hyundai i20 modeli ilə 82610 ədəd satılmış BMW 5-Series modelləri arasında yer alıb.

Lada markasının yaxşı satış rəqəmlərini əldə etməsində Granta modelinin də payı vardır – 9 ay ərzində Lada Granta 74463 ədədlıik satış rəqəmləri göstərib. Bu model sıralamada bir pillə yüksələrək 55-ci sırada yer alıb. Onun qonşuları isə Volkswagen UP və Touran modelləridir.

Mənbə: Motor1 Türkiyə