“Sıfır üç” modeli Lynk & Co markasının əsasən krossoverlərdən ibarət olan geniş model çeşidindəki yeganə sedandır. Bununla belə, uzunluğu 4,7 metr olan avtomobil Çin markasının bütün satışların demək olar ki, üçdə birini təşkil edir - keçən il Çin bazarında 77 000 Lynk & Co 03 modeli satılıb. Konveyerdəki ömrünün beşinci ilində, Volvo şirkətinin CMA platformasına əsaslanan sedan genişmiqyaslı restaylinqdən keçib.

Lynk&Co 03

Korporativ dizayn üslubü qorunub saxlanılıb, lakin aerodinamik dayaq tam şəkildə dəyişdirilib və nəticədə sedan əvvəlkindən daha aqressiv görünməyə başlayıb. Yeni bamperlər peyda olub, hava girişiləri böyüdülüb, bütün optika, o cümlədən ikili LED zolağı olan firma gündüz hərəkət işıqları da yenidir. Arxa işıqlar arasındakı zolaq artıq işlək vəziyyətdədir və hətta mərkəzdəki loqotip də işıqlandırılıb. Buraxılış sisteminin iki böyük çıxış borusu da tam işlək avadanlıqdır.

Lynk&Co 03

Salon tam şəkildə yenilənib: qapı panelləri və mərkəzi tunel daxil olmaqla hər şey dəyişdirilib. Ön paneldəki ekranlar böyüdülüb, cihazlar panelinin displeyi indi günəşliksizdir, media sisteminin sensorlu ekranı isə, havalandırma deflektorlarının üstündə quraşdırılıb, lakin yenə də sürücüyə tərəf yönləndirilib. Ön paneldə demək olar ki, heç bir aparat düymələri və açarlar qalmayıb.

Lynk&Co 03

180 at qüvvəli 1,5-litrlik üçsilindrli turbomühərriklə təchiz edilən baza versiyası modifikasiya çeşidindən çıxarılıb. Bununla belə, Çin mediasında, gələcəkdə ən sadə Lynk & Co 03 krossoverinin artıq Geely avtomobillərində quraşdırılan yeni 1,5-litrlik “turbodördlük” ilə təchiz ediləcəyi barədə iddialar var. Hələlik isə, başlanğıc versiyası gücü 190-dan 218 at qüvvəsinə qədər artırılmış 2,0-litrlik turbomühərrik ilə təklif olunur. Güc aqreqatı əvvəlki iki muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışır.

Lynk&Co 03+

Elektrik mühərriki ilə tamamlanmış 1,5-litrlik üçsilindrli turbomühərriki olan Lynk & Co 03 PHEV plagin hibridi modifikasiya çeşidindəki yerini qoruyub. Restaylinqdən əvvəlki modeldə bu qurğu 262 at qüvvəsi hasil edirdi, lakin yenilənmiş hibrid sedanın xüsusiyyətləri hələlik açıqlanmayıb. Çeşidin zirvəsində isə, 265 at qüvvəli 2,0-litrlik turbomühərrik (əvvəlki Cyan xüsusi versiyasıdakı kimi), səkkiz pilləli “avtomat”, tam ötürmə sistemi və əlavə kuzov dəsti ilə təchiz edilmiş “qaynar” Lynk & Co 03+ sedanı durur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Lynk & Co 03 sedanları yerli bazarda payızın sonuna qədər satışa çıxmalıdırlar. Yenilənmədən əvvəlki versiya Çində 20 - 37 min dollar arasında qiymətlərlə satılırdı.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.