Bu günlərdə McLaren markası Azərbaycanda çox populyar olduğu üçün, biz də fürsəti fövtə verməyib, bu markanın təqdim etdiyi yeni məhsuldan danışmaq istəyirik. Xeyr, söhbət məhdud tirajla buraxılmış bir milyon funt strelinq dəyərində olan qol saatından getməyəcək. Bu dəfə də söhbət oyuncaqdan getsə də, bu oyuncağın qiyməti vur-tut 315 funt sterlinqdir - yəni, 680 manat.

Yeni oyuncaq 2-6 yaş arasında olan uşaqlara ünvanlanmış McLaren 720S Ride-On uşaq avtomobilidir. McLaren 720S uşaq «hiperkarı» fəaliyyət göstərən qapılara, populyar uşaq musiqisi dəstinə malik olan multimedia sisteminə, həmçinin filmlərə tamaşa etməyə imkan verən ekrana sahibdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müştərilərə kuzovun yeddi rəngindən birini seçmək təklif edilir. Uşaq avtomobili elektrik mühərriki ilə hərəkətə gəlir. Ən maraqlısı odur ki, akselerator pedalına basdıqda, dinamiklərdən əsl McLaren 720S superkarının gurultusu səslənir. Elektromotor üç pilləli tranmsmissya ilə tandemdə çalışır. Uşaq «hiperkarını» həm sükan, həm də pult vasitəsi ilə idarə etmək olar.