McLaren Automotive şirkəti cari ilin yayında V6 mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna sahib olan kiçik idman avtomobilini təqdim etməyi planlaşdırır.

"Autocar" nəşrinin şirkət daxilindəkid mənbələrinə istinadən verdiyi məlumatda hibrid əlavəli V6 mühərriki olan McLaren sportkarının 2020-ci ilin sonunadək satışa çıxarılacağı bildirilir. "Büdcə" idman avtomobilinin ən diqqətəlayiq xüsusiyyəti onun güc qurğusu olacaqdır - digər McLaren modellərindən fərqli olaraq, bu 4,0-litrlik V8 mühərriki deyil, elektrik mühərriki ilə tandemdə çalışan V6 mühərriki olacaqdır.

Hibrid güc qurğusuna malik olan avtomobil elektrik ötürməsi ilə təxminən 30 kilometrə yaxın məsafə qət edəcəkdir, ancaq britaniyalılar üçün vacib olan çəkiyə qənaət və yanacaq qənaətidir. Sonuncu eyni zamanda zərərli tullantıların səviyyəsini azaltmağa imkan verəcəkdir. McLaren şirkətinin baş direktoru Mayk Flevitt, kiçik idman avtomobilində batareyanın tətbiq edilməsinin çəkiyə təsir etdiyini, lakin yüngül kompozit materiallardan istifadə edilməsinin bu təsiri əvəzləyəcəyini bildirib.