Mini şirkəti John Cooper Works hetçbekinin yeni modifikasiyasını hazırlayıb. GP indeksinə sahib olmuş hetçbek britaniya markasının tarixində olan ən yeyin modeldir. Mini şirkəti JCW GP modelinin 300 at qüvvəsinin üzərində gücə malik olan mühərriklə təchiz edildiyini bildirib.

Xatırladaq ki, standart Mini John Cooper Works hetçbeki 231 at qüvvəsi hasil edən mühərrik ilə təchiz edilir. Çox güman ki,  Mini JCW GP modeli Mini JCW modelində quraşdırılan 306 at qüvvəli 2,0-litrlik mühərriklə təchiz edilib. Britaniyalılar “bərkgedən” hetçbekin Nürburqrinq trekini səkkiz saniyədən az müddətə qət etməyə qadir olduğunu iddia edirlər. GP modelinin sələfi bu treki 8 dəqiqə 23 saniyəyə qət edib.

Image alt Image alt Image alt Image alt Image alt

Bu nəticə təkcə güclü mühərrikin hesabına əldə edilməyib. Avtomobilin aerodinamik dayağı da təkmilləşdirilib. Mini JCW GP modeli ikimərtəbəli arxa antiqanada, hava axını üçün kəsikləri olan qanad əlavələrini, ön splitter və diffuzora malik olub. Hetçebek üç min nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Avtomobilin satışlarına gələn il başlanacaqdır.