Cadillac şirkəti növbəti nəsil Escalade modelinin debüt tarixini açıqlayıb. Amerikan istehsalçısı yeni ofrouderin gələn ilin fevral ayının əvvəlində, Çikaqo avtosalonuna dörd gün qalmış təqdim edəcəyini bildirib.

Yeni nəsil Cadillac Escalade modelinin Chevrolet Silverado pikapı ilə T1XX platformasını bölüşəcəyi və pnevmatik balonların quraşdırılmasına imkan verən arxa çoxqollu asqıya sahib olacağı məlumdur. Qeyd etmək lazımdır ki, yeni ofrouderin dizaynı sirr deyildir – bir neçə gün bundan öncə, saytımız növbəti nəsil Cadillac Escalade modelinin eksteryerinteryerinin cəsus fotoşəkillərini dərc edib.