Növbəti nəsil Cadillac Escalade modelinin eksteryerinin şəkillərinin İnternet şəbəkəsində peyda olmasından bir neçə gün keçdikdən sonra, yeni ofrouderin interyer şəkilləri üzə çıxıb. Ofrouder Escala konseptinin üslubunda tərtib edilmiş, virtual cihazlar panelinə və marşrut kompyüterinin əlavə displeyinə malik olan ön panel ilə təchiz edilib.

Bundan başqa, amerikan avtomobillərinə xas olan ötürmələr qutusunun sükanaltı dəstəyi yerini mərkəzi tonneldəki coystikə verib. Eyni zamanda, mərkəzi tonneldə hərəkət rejimlərinin şayba formal selektorunu da görmək olar.