Chevrolet Tahoe və Suburban modellərinin yeni nəsillərinin təqdim edilməsi, avtomatik olaraq yaxın zamanlarda GMC Yukon və Cadillac Escalade modellərinin yenilənəcəyindən xəbər verir. Yeni Chevy-lərin təqdim edilməsi barədə yazılmış xəbərin mürəkkəbi qurumamış, İnternet şəbəkəsində Cadillac Escalade modelinin növbəti nəslinin cəsus şəkilləri peyda olub.

Şəkillərdən də göründüyü kimi, yeni Cadillac Escalade modeli Tahoe və Suburban modelindən ön hissənin dizaynı ilə fərqlənir. İri radiator barmaqlığı yerində qalsa da, onu üfüqi zolarqlar əvəzinə çoxsaylı özəklərlə tərtib ediblər. Şaquli fənərlər də yerini üfüqilərinə verib.

Cadillac Escalade də Chevrolet modelləri kimi Silverado modelinin T1XX platformasında inşa ediləcəkdir. Ofrouder çoxqollu arxa asqıya malik olacaqdır, pnevmatik asqı isə modelin standart təchizatına daxil ediləcəkdir.

Mühərrik çeşidinə gəldikdə, ofrouder 6,2-litrlik V8 mühərrikini qoruyub-saxlayacaqdır. Escalade modelinin mühərrik çeşidinə Corvette modelindən götürülmüş mühərrik, 3,0-litrlik Duramax dizel mühərriki və CT6 sedanından alınmış 3,0-litrlik V6 biturbomühərriki daxil ola bilər. Bundan başqa, hibrid və tam elektrik güc aqreqatlarının da təklif ediləcəyi istisna olunmur.

Mənbə: Autoweek