Range Rover Sport modelinin mühərrik çeşidi Ingenium ailəsindən olan dördsilindrli turbomühərriklərdən ibarətdir. Lakin, bu günlərdə Land Rover şirkəti ofrouderin yeni altısilindrli turbomühərriklə təchiz ediləcəyini bəyan edib. Mercedes-Benz şirkətinin ardınca, Land Rover də V-şəkilli altısilindrli mühərriklərdən imtina etdiyini bildirib. Ingenium ailəsindən olan yeni sıralı altı silindrli mühərrik 400 at qüvvəsi hasil edir.

Yeni sıralı altı silindrli mühərrik Ingenium ailəsindən olan dörd silindrli mühərriklər ilə unifikasiya edilib. Yeni mühərrik 90 dərəcəlik aşırım bucağı olan V-şəkilli altı silindrli AJ126 mühərrikini əvəzləyib. Xatırladaq ki, bu mühərrik Jaguar AJ8 modelinin V8 mühərrikinin əsasında yaradılmışdı.

Ingenium ailəsinin yeni üzvü - sıralı altısilindrli mühərrik

Yeni mühərrik ikiaxınlı turbokompressordan başqa turboçala effektini aradan qaldıracaq elektrik kompressoruna da sahib olubdur. 48-voltluq elektrik şəbəkəsindən qidalanan elektromotor yarım saniyə ərzində kompressorun qanadcığını dəqiqədə maksimal 120 min dövrəyə qədər fırladır. Yeni mühərrikin başqa maraqlı xüsusiyyətləri klapanların qalxışının rəvan dəyişməsi sistemi, girişdə və çıxışda fazafırladanlar, diyircəkli podşipnikləri olan paylaşdırıcı vallar, dəyişən məhsuldarlığa malik olan yağ və su nasoslarıdır.

Yeni mühərrik 400 at qüvvəsi və 550 Nm fırlanma anına malikdir. Xatırladaq ki, təqaüdə göndərilmiş V6 mühərrikinin hasilatı 340 at qüvvəsi və 450 Nm idi. Eyni zamanda, yeni mühərrikin gücü 360 qüvvəsinə qədər azaldılmış variantı da təklif ediləcəkdir. Bununla belə, istənilən konfiqurasiyada  mühərrik “yumşaq hibridin” tərkibində çalışacaqdır. Startyor-generator rolunda çıxış edən elektomotor sürətlənmə zamanı əsas mühərrikə yardım edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni mühərriki birinci olaraq Range Rover Sport HST modeli əldə edib. Bildiyimiz kimi, HST indeksi ofrouderin idman xarakteristikaları olan modifikasiyasına verilir. Range Rover Sport HST modeli karbondan hazırlanmış tərtibat elementlərinə, xüsusi dizaynlı təkər disklərinə, həmçinin zamşa ilə üzlənmiş sükan çarxı və ötürmələr qutusunun selektoruna malikdir.

Sonradan yeni altı silindrli mühərriki Land Rover, Range Rover və Jaguar markasından olan digər modellər də alacaqdırlar.  Range Rover Sport HST modeli əvvəl olduğu kimi səkkiz diapazonlu ZF “avtomatı” ilə təchiz edilir. Ofrouder 100 km/saat həddini 6,2 saniyəyə toplayır. Onun maksimal sürəti 225 km/saatdır. Avtomobilin Böyük Britaniyadakı satış qiyməti 81250 funtdan başlayır.