Əvvəlki xəbərdə Stellantis ittifaqının Dodge markası üçün yeni şüar hazırladığı barədə məlumat vermişdik. İş ondadır ki, bu şərəfə təkcə Dodge markası layiq görülməyib, ittifaqı daxil olan on dörd avtomobil markasının hər biri öz şüarına sahib olub. Məsələn, Opel və Vauxhall markalarının yeni şüarı “Green is the New Cool” kimi səslənir. Yəni indi “bərkgedən” - “yaşıl ”deməkdir.

2024-cü ilə qədər Avropada satılan bütün modellər elektrikləşdirilmiş versiyalara sahib olacaqdır, 2028-ci ilə qədər isə, Opel markası tamamilə elektrokarlara keçəcəkdir. Opel şirkəti Manta e modelini buraxacağını bildirib, lakin bu avtomobil gözlənildiyi kimi klassik kupe olmayacaqdır.

Opel/Vauxhall loqosunu daşıyacaq yeni model, orijinal Manta modelinin bəzi üslub elementlərini daşıyan sedan olacaqdır. Üstəlik, Opel Çin bazarına müdaxilə edəcəkdir. Alman markası Səma İnperiyasında yalnız elektrokarlar ilə təçsil olunacaqdır.

Ram - “Bult to Serve a Sustainable Planet” ("Planetin davamlı inkişafına xidmət etmək üçün inşa edilib"). İlk elektrik pikapının debütü 2024-cü ilə planlaşdırılır və bu, nisbətən yeni olan Ram 1500 modelinin batareyalı versiyası deyil, orijinal dizaynı olan ayrıca avtomobil olacaqdır. 2030-cu ilə qədər bütün Ram modellərinin elektrik versiyası olmalıdır.

Jeep – “Zero Emission Freedom” ("Sıfır tullantı səviyyəsi olan azadlıq"). Jeep markası elektrikləşdirilmiş hazır avtomobili də artıq anons edib. Bu avtomobil yeni nəsil Jeep Grand Cherokee ofrouderinin 4xe hibdird qurğusu ilə təchiz edilmiş qısa versiyasıdır. 

Qısaldılmış Grand Cherokee modeli L indeksli “Qranddan” azaldılmış arxa çıxışı və başqa yan şüşələnməsi ilə fərqlənir. Lakin bu günə qədər, bu modelin təfərrüatlarla müşayət edilməyən bir neçə şəkili yayımlanıb. Hibrid ofrouderin tam ölçülü təqdimatı payızda keçiriləcəkdir.

Jeep şirkəti 2025-ci ilə qədər bütün modellərinin elektrik versiyalarını bazara çıxarmaq niyyətindədir və o ana qədər "yaşıl" modifikasiyaların (hibridlər də daxil olmaqla) payı ümumi satışların 70 faizini təşkil etməlidir. 2030-cu ildə tamamilə avtonom rejimdə hərəkət edəcək pilotsuz ofrouderlərin debütü planlaşdırılır. Məsələn, səyyahlar piyada marşrutla qoruqları gəzərkən, avtomobil sərbəst şəkildə qoruğun ərazisindən "yan keçərək" görüş nöqtəsinə yollana bilər.

İttifaqa daxil olan qalan markalar belə planlara malik olmasalar da, onlar üçün də şüarlar cad edilib. İnternet şəbəkəsinə sızmış məlumata görə, onların şüarları belədir:

-          Abarth – “Heating Up People, But Not the Planet” ("İnsanları İstiləşdirmək, Planeti Yox");

-          Alfa Romeo - “From 2024, Alfa Romeo Becomes Alfa e-Romeo” (“2024-cü ildən Alfa Romeo Alfa e-Romeo olur”);

-          Chrysler – “Clean Technology for a New Generation of Families” ("Yeni nəsil ailələr üçün təmiz texnologiya");

-          Citroen - "Citroen Electric: Well-Being for All!" ("Citroen Electric: hər kəs üçün firavanlıq!");

-          DS Automobiles – “The Art of Travel, Magnified” ("Səyahət Sənəti. İri planda");

-          Fiat – “It’s Only Green When It’s Green for All” (“”Yaşıl”, hər kəs üçün yaşıl olandır”);

-          Lancia – “The Most Elegant Way to Protect the Planet” ("Planeti qorumağın ən zərif yolu");

-          Maserati – “The Best in Performance Luxury, Electrified” (“Məhsuldar lüksdəki ən yaxşısı. Elektrikləşmişdir”);

-          Peugeot – “Turning Sustainable Mobility into Quality Time” (“Davamlı inkiçaf dövrünün mobilliyini keyfiyyətli dövrə çevirmək”).

Stellantis ittifaqı kommersiya nəqliyyatınında elektrikləşdirilməsi üzrə dünya lideri olmaq niyyətindədir.