BMW şirkəti ilin sonuna qədər 2 Series kupesinin yeni nəslini təqdim etməyə hazırlaşır. Bu günlərdə, internet şəbəkəsində yeni kupenin eksteryer dizaynının üzərindəki sirr pərdəsini qaldıracaq şəkillər peyda olub. Casus təsvirlərində kupenin pərdə ilə örtülmüş seriyaöncəsi variantının görüntüləri əks olunub. Lakin, şəkillərdəki avtomobilin həm ön, həm də arxa hissəsinin üzərindəki örtük qaldırılıbdır .

Nəhəng "burun dəliklərinə" malik olan yeni BMW 4 Series modelindən fərqli olaraq, 2 Series kupesinin ön tərəfinin dizaynı o qədər də ekstravaqant olmasa da, model müasir BMW modellərinə xas olmayan cizgilərə malik olub.

BMW 2 Series kupesi orijinal tərtibata və formaya malik olan ön işıq texnikasına, habelə ön bamperdəki üçbucaq formasında olan qeyri-adi hava girişlərinə malikdir. Aerodinamik kuzov dəsti və emblemlər qarşımızdakı modelin "qaynar" M240i modifikasiyasında olduğundan xəbər verir, lakin M loqotipinin vurulduğu yer bir qədər təəccübləndirir: bu günə qədər BMW modellərində belə hala rast gəlinməyib.

Arxa hissənin dizaynı daha ənənəvidir, ən maraqlısı isə buraxılış sisteminin trapesiyaşəkilli çıxış borularının iri diffuzor ilə bərabər yerləşməsidir. Adətən, M-Performance xəttindən olan digər yığcam modellərdə diffuzor buraxılış sisteminin cütlənmiş yumru formalı çıxış boruları ilə qonşuluq edir. Arxa fənərlər isə, 2005-ci ilin BMW 3-Series (E90) modelinin optikasına bənzərdir.

Ön təkərli FAAR platformasında inşa edilmiş 2 Series Gran Coupe modelindən fərqli olaraq, kupe arxa ötürməli arxitekturanı qoruyub saxlamalıdır. Modelin mühərrik çeşidinin 1,5 və 2,0 litrlik modul mühərriklərdən ibarət olacağını güman etmək olar. Çox güman ki, M240i xDrive və M2 modelləri 3,0-litrlik altısilindrli turbomühərriki və 8 pilləli “avtomat” təchiz ediləcəkdir.

BMW 2 Series kupesi haqqında daha ətraflı məlumat, 2020-ci ilin sonunda və ya 2021-ci ildə keçiriləcək təqdimata yaxın açıqlanacaqdır. İnsayderlər yeni 2 Series modelinin açıq kuzovlu versiyasının olmayacağını da bildiriblər.

Mənbə: 2addict.com