BMW M2 kupesinin rəsmi satışlarına start verilməsindən bir neçə gün sonra, alman şirkəti bu əlamətdar hadisəni qeyd etmək üçün BMW Cruise Bike M Limited Edition adlı velosipedi hazırlamışdır. Bu velosipedin başlıca dizayn elementi onun Long Beach Blue rəngidir ki, bu boya da «bərkgedən» yığcam kupenin rəngi ilə həmahənglik təşkil edir. Onu da qeyd etmək lazımdır ki, BMW Cruise Bike M Limited Edition velosipedi, adından da göründüyü kimi, M2 Coupe avtomobili ilə eyni sayda - 1500 ədədlik məhdud sayda tirajla buraxılacaqdır.

Velosipedin güclü görünüşünü hirdroforminq üsulu ilə yaradılmış və «bullneck» adlanan alüminium rama təmin edir.  Hamar qaynaq yerləri velosipedin ramasının quruluşuna «bütövlük» bəxş edir. Velosiped karbondan hazırlanmış oturacaq və dayaqlar sayəsində yüngül çəkiyə malikdir.  BMW Cruise Bike M Limited Edition velosipedinin təchizatına 28-düymlük təkər diskləri, 30-pilləli transmissiya və Shimano hidravlik əyləc diskləri daxildir. 

Velosipedi digər modifikasiyalardan seçilməsi üçün istehsalçı onu BMW və M loqotipləri ilə təchiz etmişdir. Məhdud sayda buraxılacaq BMW Cruise Bike M Limited Edition velosipedinin satış qiyməti 1400 avro (2400 manat) təşkil edir.

Image alt Image alt Image alt Image alt