BMW şirkətinin motosikllər istehsalı ilə məşğul olan Mottorrad bölümü Lego Technic oyuncağının motivləri əsasında “uçan” Hover Ride Design Concept baykını yaratmışdır. Oyuncaq isə, öz növbəsində, BMW R 1200 GS Adventure modelinin surəti olan motosiklin Lego-modelidir.

Hover Ride modelinin kiçildilmiş modeli R1200 GS Adventure modelinin surətinin hazırlandığı detallardan yaradılmışdır ki, bu elementlərin sayı da 603 ədəd təşkil edir.

Beləliklə, Lego modelinin alıcıları onu iki müxtəlif variantda yığa bilərlər. Bu oyuncağı satış qiyməti təxminən 60 dollar edir. Lakin, iri ölçülü Hover Ride Design Concept  “uçan” motosikli transformasiya imkanlarından məhrum edilmişdir.

Bu konsept Kopenhagendəki Lego World’də nümayiş etdirildikdən sonra Norveçə göndəriləcək, və nəhayət  alman şirkətinin Münhendəki tədqiqat mərkəzinə gətiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt