BMW şirkəti yeni nəsil X3 krossoverinin üslubunda hazırlanmış elektrik dağ velosipedini təqdim etmişdir. Bayk istehsalçı tərəfindən 5,2 min avro məbləğində qiymətləndirilib.

Velosipedi alman istehsalçısının sifarişi ilə Specialized markası istehsal edir. Yeni velosiped Turbo Levo SFR 6 Fattie adlanır və krossoverin rəngləndiyi parlaq-mavi Phytonic Blue rənginə boyanır. BMW X3 modelinin rəsmi fotoşəkillərində M40i «qaynar» modifikasiyası məhz bu rəngə boyanmışdır. Velosiped alüminiumdan ramaya və pedalları fırlatmağa yardım edən 250-vattlıq elektromühərrikə malikdir. Mühərrik 504 vatt-saatlıq batareyadan qidalanır ki, bu batareyanı da avtomobilin baqajındakı 12 voltluq çıxışdan doldurmaq olar.

Bayk avqust ayından başlayaraq BMW şirkətinin diler salonlarında və Specialized firma dükanlarında satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt