Bugatti şirkəti bir çox sürət rekordunu qırma potensialına sahib olan Bolide adlı trek prototipini təqdim edib. Trek hiperkarının təqdimatından qısa müddət əvvəl şirkət sosial şəbəkələrdə sirli 0.67 rəqəmi olan tizeri dərc etmişdi. Bu gün bu rəqəmin kütlənin gücə nisbəti olduğu ortaya çıxıb.

Bugatti Bolide trek hiperkarının uzunluğu 4756 millimetr, eni - 1998 millimetr, hündürlüyü - 995 millimetr və təkər bazası 2750 millimetr təşkil edir. Bugatti mühəndisləri avtomobilin ağırlığını mümkün qədər azaltmaq üçün aerokosmik və Formula 1 təcrübəsinə müraciət ediblər və nəticədə hiperkarın ağırlığı 1.240 kiloqrama bərabər olub. Avtomobilin Chiron modelindən götürülmüş W16 dörd turbokompressorlu mühərriki 110 oktan dərəcəsi olan benzindən istifadə halinda 1850 at qüvvəsi və 1850 Nm fırlanma anı hasil edir (Super benzindən istifadə halında 1600 at qüvvəsi). Müvafiq olaraq, kütlənin və güc nisbəti bir at qüvvəsinə 0,67 kiloqram təşkil edir.

Avtomobil istehsalçısının məlumatına əsasən, 320 km/saat sürətundə hiperkarın aerodinamik dəsti kuzovun ön hissəsində 800 kiloqram, arxada isə 1800 kiloqram yerəbasma gücü hasil edir.

Bugatti şirkəti Bolide modelinin maksimal sürətinin "idarəetmə və manevr qabiliyyətinə zərər gətirmədən 500 km/saatdan çox olduğunu" bildirib. Hiperkar 100 km/saata 2,17 saniyəyə, 200 km/saata isə 4,36 saniyəyə sürətlənir. Hiperkar 300 km/saat həddinə sürətlənməyə 7,37 saniyə, 400 km/saata - 12,08 saniyə, 500 km/saata isə 20,16 saniyə sərf edir.

Bugatti Bolide 0-400-0 km/saat tapşırığını 24,64 saniyəyə həyata keçirir. Müqayisə üçün, Chiron bu işə 41,96 saniyə, Koenigsegg Regera isə 31.49 saniyə sərf edir. Beləliklə, Bolide modelinin Regera kimi ümumi yollara çıxış lisenziyası olsaydı, nəzəri olaraq Bugatti markasının caktivində ən azı bir rekord olardı.

Bolide modelinin xüsusiyyətlərindən biri, formasını dəyişdirə bilən damdakı hava girişidir. Aşağı sürətlərdə dam səthi tamamilə hamar olur, yüksək sürətlərdə isə "qovuqcuklar" ilə örtülür. Onların sayəsində hava müqaviməti 10%, bu elementə təsir göstərən qaldırma qüvvəsi isə 17% azalır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şirkət digər rəqəmləri də təqdim edilib. Məsələn, kompüter simulyasiyası Bolide modelinin Nürburqrinqi 5 dəqiqə 23,1 saniyəyə qət edə biləcəyini göstərib. Bu zaman, iki il əvvəl Porsche 919 Hybrid Evo tərəfindən qeydə alınan cari sürət rekorduna (5 dəqiqə 19.55 saniyə) mümkün qədər yaxındır.

Bolide hiperkarının bütün boltları və bağlayıcı elementləri titandan hazırlanıb. Bir sıra funksional komponentlər aerokosmik sənayesində istifadə edilən ərintidən düzəldilib. Hiperkarın köməkçi kardan valı yarım metr uzunluğu olan kompozit elementdən ibarətdir. Bu element karbon lifindən və 3D printerində çap edilmiş titandan hazırlanır.