Ceyms Bond haqqında filmlərin çəkilişi üçün hazırlanmış 1965-ci ilin Aston Martin DB5 kupesi Montereydə keçirilmiş hərracda rekord qiymətə - 6,4 milyon dollara satılıb.

Hərracda satılmış avtomobil Aston Martin şirkəti tərəfindən Ceyms Bond barədə filmləri çəkən EON Productions prodyüser şirkətinin xüsusi sifarişi ilə inşa edilmiş və iki nüsxədə buraxılmış DB5 modelindən biridir.  Avtomobilin birinci nüsxəsi kaskadyor tryuklarında, həyəcanlı təqib səhnələrində çəkilmək üçün nəzərdə tutulubmuş. Texniki tapşırığa əsasən bu avtomobil seriya modelinə maksimal dərəcədə yaxın olmalı idi. Bu səbəbdən də o, 007-nin «oyuncaqları» ilə təchiz olunmamışdı.

Birincinin əksinə olaraq, ikinci avtomobil iri planda Ceyms Bondun avtomobilinin bütün imkanlarını nümayiş etdirməli olduğu üçün, tam təchizata malik idi. Avtomobil MI6-nın arsenalındakı mümkün olan ləvazimətlərə - qanadlardakı Brauninq pulemyotlarına, bamperlərdəki hidravlik taranlara, sərnişinin katapultlu oturacağına, arxada quraşdırılan gülləkeçirməz ekrana, tütsü pərdəsinə, yağ çiləmə sisteminə və tikanlara, nömrə nişanın dəyişdirilməsi mexanizminə və başqa qadcetlərə sahib idi.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil kadrlarda bütöv şəkildə görüntülənməsə də, prodyüserlər tərəfindən Britaniya məxfi xidmətinin xəfiyyəsi haqqında çəkilmiş filmlərin təbliğatı üçün nəzərdə tutulmuş müxtəlif tədbirlərdə istifadə olunub. Ömrü boyu avtomobilin üç sahibi olub. 54 il ərzində onun yürüş məsafəsi 18504 mil təşkil edib. Aston Martin DB5 modelinin son alıcısı 007-nin ənənələrinə sadiq olaraq hərrac evinə öz şəxsiyyətini açıqlamağı qadağan edib.