Atalarımız “hər müsibətdə bir xeyir var” sözlərini boş yerə işlətməyiblər. Budur, aləmi bürümüş (daha çox KİV-lər və sosial şəbəkələrdə) koronavirus və yaxud COVID-19 (kefiniz necə istəyirsə elə də adlandırın) virusu epidemiyası təhlükəsi ucbatından ölkəmizdəki tədris müəssislərində keçirilən dərslər dayandırılıb.

Ən maraqlısı odur ki, hər gün səhər tezdən işə gedərkən rastlaşdığımız və yollarda hərəkəti yavaşladan avtomobil kütləsi də qeybə çəkilib. Şerlok Holmsun deduksiya metodunu işə salsaq, tıxacları yaradan avtomobillərin uşaq bağçalarına, məktəblərə və universitetlərə müdavim daşıyan nəqliyyat vasitələrinin olduğunu anlamaq çətin deyildir. Tətillər, bayramlar zamanı da, eyni məzərənin şahidi olmaq mümkündür.

Buradan belə nəticə çıxarmaq olar ki, şəhərimizdəki trafikin başlıca səbəbkarı TƏHSİLdir. Deyirəm, bəlkə biz sürücülərə rəhm etmək üçün dərclərin başlama və bitmə saatlarını 11.00 – 16.00 arasında edək? Bəlkə, belə tədbirin həyata keçirilməsi səhər və axşam rastlaşdığımız axını seyrəkləşdirə bilər? Nə deyirsiniz?

Məndən bu qədər. Sonra demədi, deməyin...