DTM çempionatının Rusiyada keçirilən mərhələsinin ikinci yarışının start düzülüşünü müəyyən edən təsnifat mərhələsi başa çatıb. Bu günki yarışda ilk cərgədən BMW pilotları Tom Blomkvist və Bruno Spenqler start alacaqdırlar.

Qeyd etmək lazımdır ki, bu günki təsnifat mərhələsi çox gərgin və həyəcanverici mübarizə şəraitində keçib. Sıralama turlarının başlanğıcında Audi pilotları sessiyaya başçılıq etsələr də, son beş dəqiqədə vəziyyət tamamən dəyişib. Sessiyanın son dəqiqəsində poul əl dəyişdirməyə başlayıb.

Pol di Resta (Mercedes-Benz), Ren Rast, Mattias Ekstrem (hər ikisi Audi) bir-birinin ardınca ən yaxşı zamana imza atıblar.

Lakin, damalı bayrağın dalğalamansına saniyələr qala Tom Blomkvist 1.26,518 zaman göstərərək poula sahib olub.

Beləliklə, bu günki yarışda ikinci cərgədən start alan pilotlar Ekstrem və Rast olacaqdırlar. Bu iki pilotun çempionatda iddialı olmasını nəzərə alaraq, startda irəli çıxmaq üçün əllərindən gələni edəcəklərindən şübhə yoxdur.Üçüncü cərgədə Pol di Resta və Timo Qlok qərarlaşıb. Dördüncü cərgədən isə Marko Vittmann və Maksim Marten (hər ikisi BMW) yarışa başlayacaqdırlar. İlk onluğu Loik Dyüval (Audi) və Qəri Paffett (Mercedes-Benz) tamamlayıblar. 

P.S. Tom Blomkvistin avtomobili texniki nəzarəti keçmədiyinə görə onun nəticəsi ləğv edilib və britaniyalı son yerdən start alacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt