Mercedes-Benz komandası DTM çempionatıdan çəkildiyini bəyan edib. 2018-ci ildə alman istehsalçısı mövsümü başa vuraraq elektromobillərin yarışdığı Formula E çempionatına keçdiyini bildirib. Mercedes-Benz komandası bu çempionatın 2019/2020 il mövsümünə qatılacaqdır.

Qeyd etmək lazımdır ki, turinq seriyasının 2000-ci ildə bərpa edilməsindən sonra bu çempionatın daimi iştirakçısı olub. Beləliklə, 2011-ci ildən sonra çempionatda iki istehsalçı Audi və BMW mübarizə aparacaqdırlar.

«DTM çempionatında keçirdiyimiz illər bütün Mercedes əməkdaşlarının xatirəsində qalacaq. Bu bizim tariximizin ən şərəfli səhifələrindədir, - Mercedes-Benz şirkətinin avtoidman istiqamətinə rəhbərlik edən Toto Volf bildirib. - Mən hər kəsə, Mercedes-Benz markasının bu çempionatda uğur qazanmasını təmin etdikləri üçün təşəkkürümü bildirmək istərdim. Çempionatdan getmək hər zaman çətin olub, lakin biz bu il də, gələn ildə mümkün qədər çox qələbələr əldə etmək əzmindəyik. Biz bunu azarkeşlərimiz və özümüz üçün etməyə borcluyuq».

Hal-hazırda zavod komandası statusuna malik olan HWA komandası altı pilotla təmsil edilib: Qəri Paffett, Pol di Resta, Lukas Auer, Edoardo Mortara və Robert Uikkenz.