Bentley Motors şirkəti tamamilə yeni Continental GT-nin eksklüziv ilk buraxılışını yaratmışdır. Grand Tourer-in bu mükəmməl ifadəsi Britaniyada işlənib hazırlanmış və dizayn olunmuş Bentley sənətinin zirvəsidir.

Bentley Continental GT First Edition avtomobilinin mükəmməl interyeri Bentley dizayn komandası tərəfindən işlənib hazırlanmışdır. Yeni model üçüncü nəsil Continental GT-də mövcud olan bütün nəfis keyfiyyətləri özündə birləşdirir ki, bu keyfiyyətlər də indiyə qədər ən lüks Grand Tourer-in yaradılması üçün bir araya gətirilmişdir.

Texnologiya və dizaynın nəfis nümunəsi olan First Edition modelinə Bentley Fırlanan Displeyi daxildir. Bu sistem sayəsində sürücü kabinin quruluşunu tənzimləmək üçün üç ayrı ön panel ilə işləyə bilir. Standart 12.3” sensorlu ekran daha klassik tərzdə olan panellə əvəz edilə bilər; burada üç analoq cihaz mövcuddur. Mühərrik sönmüş vəziyyətdə olan zaman üçüncü panel görünür.

Müştəri alət paneli üçün dörd unikal unikal iki növlü ağac paneldən birini seçə bilər. Bu mükəmməl taxta dizaynlara Tamo Ash, Liquid Amber, Dark Stained Madrona və Dark Fiddleback Eucalyptus daxildir ki, bunun da Grand Black ilə kombinasiyası First Edition modelinin eksklüziv keyfiyyətidir.

Bu müstəsna keyfiyyətlər sayəsində onsuz da dəbdəbəli olan kabində daha çox sahə yaranır və qapılar açılan zaman görünən ‘Bentley’ yazısı ilə işıqlandırmaya malik interyer dizaynı insanı valeh edir. Yeni Grand Tourer modelinin 6.0 litrlik, ikili turbo kompressorlu W12 TSI mühərriki; Mulliner Driving Specification də First Edition modelinə daxildir.

Sürücüyə fokuslanmış kolleksiyada metal xəlitəsindən hazırlanmış pedalları, metaldan hazirlanmış mühərrik yaği və doldurucu borularının qapaqları və unikal 22” təkər diskləri əlavə edilmişdir. Bunlar da parlaq boya ilə boyanmış, əllə cilalanmış və ya tam cilalı üzləmə ilə üzlənmişdir.

Bu model oturacaqlarda, qapı panellərində və arxa panellərdə qara rəngli sırıqlı üzləmə ilə tamamlanır ki, bütün bunlar da ancaq First Edition modelinə xas unikal kontrast yaradır.

Standart komponentlərə edilmiş digər mühüm əlavələrə City Specification və Touring Specification daxildir. Bunlar parklama yardımı, piyadalar üçün xəbərdarlıq və yol nişanlarının tanınması kimi funksiyalardan ibarətdir. Bentley 650 Wt gücündə olan audio sistemi 1500 Wt Bang & Olufsen sistemi, yaxud da audio cihaz həvəskarları üçün 2200 Wt Naim audio sistemi ilə yenilənə bilər.

Continental GT modelinin interyerində və eksteryerində yer alan İttifaq Bayrağı nişanı bu avtomobilin müstəsna keyfiyyətlərini əks etdirir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt