“Qafqaz Motor - Şou - 2016” avtomobil sərgisi Qəbələ şəhərində fəaliyyət göstərən “Qəbələnd” əyləncə mərkəzində keçirildi. Xatılradaq ki, 14-cü dəfə baş tutan sərgini Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və “Autograph” televiziya prorqmı təşkil edir. Rəsmi informasiya partnyorları qismində Oxu.Az İnformasiya Agentliyi və Autograph.az jurnalı çıxış etdilər.

Avtoşouda hər il olduğu kimi rəsmi avtomobil idxalçıları, diler və distribyutorlar iştirak edirdi. Belə ki, stenlərdə “KİA”, “Hyundai”, “Fiat”, “Jeep”, “Renault”, “Porsche”, “Bentley” və başqa markalara mənsub olan yeni modellərlə tanış olmaq mümkün idi. Ziyarətçilər xüsusi poliqonda yeni modelləri sürərək praktiki sınaqlardan çıxarmaq şansına malik idi. Bundan əlavə forumda həmçinin müstəqil avtoservislər, tuninq atelyeləri, avtoklublar da iştirak edərək müxtəlif ekspozisiyalar sərgilərdilər. Maralıdır ki, “Qafqaz Motor - Şou” çərçivəsində ilk dəfə olaraq milli avtomobil istehsalçısı “NAZ-Lifan” kompaniyasının iki yeni modellə iştirakı da baş tutdu.

Sərginin son günündə AADA-nın “Qızıl çarx” mükafatının təqdimat mərasimi keçirildi. “İlin şəhər avtomobili” nominasiyasında - Fiat 500, “Ilin C-class sedanı” - Hyundai Elantra, “biznes-sedan” - Kia Optima, “yolsuzluq avtomobili“ - Jeep Wrangler Rubicon, “idman SUV-si“ - Porsche Macan, “Premium SUV“ - Bentley Bentayga qalib elan edilərək təltif olundular.

 “İlin debütü nominasiyasında “Qızıl çarxa“ milli istehsalçı NAZ-Lifan layiq görüldü. Xüsusi nominasiyalarda “ilin müstəqil avtoservisi“ - “Pit-Stop”,“ilin Retro-Klubu” - “Azad-Retro” tanındılar. Daha iki nominasiyada mükafatlar  - “İlin avtoradiosu” – Avto FM və cari ildə ölkəmizdə baş tutmuş “Formula-1” yarışlarının populyarlaşmasında xidmətlərinə görə “İlin avtomobil jurnalisti” Rəhim Əliyevə təqdim olundu. 

Eləcə də “Qafqaz Motor - Şou - 2016” çərçivəsində kartinq yarışmaları baş tutdu. Yarışda avtodiler təmsilçiləri deyil, KİV-in nümayəndəsi qalib gəldi. Belə ki, əsas priz Oxu.Az agentliyinin təmsilçisi Cavanşir Hüseynova təqdim olundu.

Bu layihənin əsas məqsədi - ölkədə sivil avtomobil sektorunun inkişafına töhfə vermək, ən müasir avtomobilləri nümayiş etdirmək, gənclər arasında texniki idman növlərinə marağı artırmaq, regionlarda avtoturizmin və turizmin inkişafına xidmət və əhalinin maraqlı istirahətinin təşkilidir. “Qafqaz Motor - Şou - 2016” sərgisinin baş partnyoru “Castrol”, rəsmi tərəfdaşı isə “Qafqaz” otellər şəbəkəsi oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt