Honda şirkətinin avtoidman direktoru Masaşi Yamamoto, mühərrik təchizatçısı kimi, McLaren ilə üç illik əməkdaşlıq zamanı çətinliklər ilə üzləşdiklərini bildirib.

Keçən həftədə McLaren ilə Honda arasında başlanmış müqaviləyə son verilib. Öz növbəsində, yapon istehsalçısı Scuderia Toro Rosso komandası ilə üç illik müqavilə imzalayıbdır.

“McLaren ilə işləyən zaman, metodik şəkildə fəaliyyət göstərən iri şirkətlə iş gördüyümüzü anladım, - Yamomoto bildirib. – Bu şirkətin həm güclü, həm də zəif tərəfidir.

Çünki onun dəyişikliklərə uyğunlaşması çox çətindir. Toro Rosso isə, inkişaf edən şirkətdir və biz onunla daha sıx əməkdaşlıq edə biləcəyik.

Misal çəkə də bilərəm: McLaren – nəfis fransız mətbəxidir, Toro Rosso isə, öz inqrediyentlərinizi əlavə edə biləcək, evdə bişən ləzzətli kəndli yeməyidir”.