Formula 1 çempionatının bir mərhələsi də geridə qaldı. Almaniyanın Hokkenhaymrinq trekində keçirilmiş yarış Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmiltonun zəfəri ilə nəticələnmişdir. Britaniyalı pilot növbəti qələbəsini qazanaraq pilotlar çempionatındakı liderliyini bir qədər də möhkəmləndirmiş oldu.

Yarışın həlledici anı elə qırmızı işıqların sönməsi ilə başlayan anlar oldu - altıncı gün poula sahiblənmiş olan Niko Rosberq, gözlənilənlərin əksinə olaraq, yarışı bərbad şəkildə başlayaraq nəinki komanda yoldaşı Həmiltona, hətta Red Bull cütlüyünə də keçilmiş oldu. Ümumiyyətlə, bu Rosberqlə baş verən yeganə hadisə deyildi - Maks Ferstappeni ötən zaman hollandiyalı pilotu trekdən çıxaran alman pilot 5 saniyə cəzası aldı. Bununla belə, komandanın səhvi ucbatından Rosberq pit-stopda 5 saniyə əvəzinə 8,5 saniyə cəza çəkmiş oldu. Yarışdan sonra Toto Volf cəza vaxtının qeyri dəqiq olmasını zamanın smartfonla ölçülməsi ilə izah etdi.

İstənilən halda, pit-stopa qədər ikinci yerə yüksəlmiş Rosberq yenidən Red Bull cütlüyünün arxasına düşmüş oldu. Yarışın gedişatı üç pit-stop taktikasının daha doğru olduğunu təsdiq etdi - iki pit-stop etmiş pilotlar yarışın sonlarında aşınmış təkərlər üzündən mövqelərunu qoruyub saxlaya bilmədilər. Həmiltonun ardınca finiş görən Rikkardo və Ferstappen Red Bul Racing komandasının Konstruktorlar kubokunda ikinci pilləyə qalxmasına yardım etmiş oldu. Pilotları beşinci və altıncı yerdə finiş görən Scuderia Ferrari yay tətilinə üçüncü pilləyə düşərək yollanmış oldu. Almaniya Qran Prisindən sonra pilotlar çempionatında da yerdəyişmələr oldu - podiumun ikinci pilləsinə qalxan Rikkardo 133 xal toplayaraq iki Mercedes pilotunun ardınca üçüncü turnir cədvəlində üçüncü pilləyə qalxmış oldu. Müvafiq olaraq Rəykkönen dördüncü, Fettel isə beçinci pillədə qərarlaşıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt