Formula 1 çempionatının növbəti mərhələsini Avstriyanın Şpilberq qəsəbəsinin yaxınlığında yerləşən Red Bull Ring treki qəbul edir. Avstriya Qran Prisinin bu gün keçirilmiş təsnifat mərhələsində poul-pozişn Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmiltonun olmuşdur.

Bildiyimiz kimi, Formula 1 çempionatı 2014-cü ildən Şpilberqə qayıtdıqdan sonra keçmiş A1 Ring treki bir sıra dəyişikliklərə məruz qalmışdır. Buna səbəb, pilotların bir neçə döngədə dörd təkər ilə trekdən kənara çıxmaları olmuşdu.

2015-ci ildə edilmiş dəyişikliklər bu halın aradan qaldırsa da, 2016-cı ildə təşkilatçılar daha radikal üsullara əl atdılar - hündürlüyü beş millimetr artırılmış porebriklərin arxasında daha hündür sarı porebriklər quraşdırılmışdır.

Niko Hülkenberq (Force İndia)

Şpilberqdə keçirilən sıralama turlarının ilk sessiyası quru və günəşli hava şəraitində başladı. İlk iki gün asqı sınmaları ilə üzləşən pilotlar porebriklərə çox da güclü hücum etməyə can atmasalar da, sıralamalar da bunsuz ötüşmədi. İlk cəhdində asqını sındıran Peres təmir üçün boksa qayıtmalı oldu.

İlk sessiyanın bitməsinə iki dəqiqədən az qalmış asqının sınmasının növbəti qurbanı Dəniil Kvyat oldu.

Rus pilotun bolidi ciddi xəsarət alması qırmız bayraqların dalğalanmasına və sessiyanın dayandırılmasına səbəb oldu.

Censon Batton (McLaren-Honda)

Sessiyanın yedindən başlanmasından qısa müddət sonra Saynsın bolidində xarab olan mühərrik sessiyanın sarı bayraqlar altında bitməsinə səbəb oldu. Sıralamanı tərk edən pilotlar Kvyat, Haryanto, Sauber və Renault pilotları oldular.

İkinci sessiyada 14 pilot iştirak edirdi. Sessiyanın başlayan ilk pilotlar Ferrari və Red Bull pilotları ilk cəhdə SuperSoft təkərləri iləı çıxdılar. Mercedes pilotları yalnız ikinci cəhdlərində ən yumşaq təkərlərdən istifadə etmiş oldular.

Dəniil Kvyat (Toro Rosso)

Sessiyanın sonlarına yaxın başlayan yağış pilotların vaxtından əvvəl bokslara qayıtmasına səbəb oldu. Sırlamanı tərk edən pilotlar Qutyerrez, Verlyayn, Qrojan, Alonso, Peres və Sayns oldular.

Üçüncü sessiyada yağış kəssə də, trekdə olan su pilotlara sıralamanı aralıq yağış təkərləri ilə başlamağa məcbur etdi. Sıralama turlarının ən həyəcanverici anı trekin quruması ilə başladı. İlk olaraq quru hava üçün nəzərdə tutlmuş təkərlərə keçən pilot Niko Hülkenberq (Force İndia) oldu.

Alman pilotun ardınca digər pilotlarda sliklərə keçmiş oldular. Əsl həyəcan bundan sonra başladı. Pilotlar quruyan trekdə bir-birinin ardınca yüksək zamanlar göstərərək poul uğrunda mübarizəyə qoşuldular.

Kimi Rəykkonen (Scuderia Ferrari)

Sonunda ən sürətli dövrə Həmiltonun hesabına yazıldı. Final sessiyasında ikinci nəticəni Niko Rosberq , üçüncünü isə  Niko Hülkenberq göstərmiş oldu. Sebaystyan Fettel dördüncü Censon Batton isə beşinci oldu.

Lakin, sabahkı yarışda sürətlər qutusunu dəyişmiş Rosberq və Fettel start xəttində beş sıra geriləyəcəklər. Müvafiq olaraq Həmiltonla birlikdə ilk cərgədən Niko Hülkenberq, ikinci cərgədən isə Censon Batton və Kimi Rəykkonen yarışı başlayacaqdırlar.