Bakıda keçirilmiş möhtəşəm Formula 1 bayramının ən gözəl tərəflərindən biri də, azarkeşlərin məşhur pilotlarla görüşmək imkanın olması idi. Əlbəttə, yarışa bilet alanların ulduz pilotlarla avtoqraf sessiyasında görüşmək, ünsiyyət qurmaq, pərəstiş etdikləri insanla şəkil çəkdirmək imkanları da mövcud idi. Bununla belə, Formula 1 çempionatında təmsil edilən şirkətlərin yerli nümayəndələri də öz sayıb-seçdiyi müştəriləri və tərəfdaşları üçün müəyyən tədbirlər hazırlamışdırlar.

Mercedes-Benz şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi, Petronas Mercedes-AMG F1 Team komandasının ulduz pilotu Lyuis Həmiltonun da iştirak etdiyi əyləncə gecəsi təşkil etmişdir. Gecə şənbə günü Marriott otelində yerləşən “Budda Bar Baku”da keçirilmişdir.

Məşhur pilot tədbirdə iştirak edən qonaqların qarşısında çıxış edərək Bakı və Bakı Şəhər Halqası haqqında təəssüratlarını bölüşdü. Sonra isə, aparıcının suallarına cavab verən Həmilton, keçirilən viktorinanın qaliblərinə hədiyyələri təqdim etdi.

Qeyri-adi drayv atmosferində Buddha Bar Baku Dj'sin rezidentləri: Elcheen Lee, Kvant, Villi ən yaxşı hitlərini ifa etdi, "Show Buddha Bar Baku" isə qonaqlara əsl estetik zövq verdi. Dadlı, sərinləşdirici kokteyllər, ləziz yeməklər, təmtəraqlı, gözəl atmosfer və musiqi – bütün bunlar gecəni unudulmaz etdi.

Image alt Image alt Image alt Image alt Image alt