Dünən axşam Meksikanın cənubunda 7,1 ball gücündə zəlzələ olub. Təbii fəlakət 200 insanın həyatına son qoyub. Zəlzələnin mərkəzi paytaxt Mexikodan 111 kilometr uzaqlıqda yerləşsə də, paytaxtda da binalar uçmuş və həyatını itirənlər olub.

Meksika Qran Prisinin bir ay sonra baş tutacağını və fəlakətin miqyasını nəzərə alaraq, yarışın keçirilməsinin mümkünlüyü barədə suallar meydana çıxıb. İlkin məlumata görə, ən azından Mexikonun şimal-şərqindəki Maqdalena Mishuka parkında yerləşən Rodriges qardaşları avtodromunun zəlzələdən zərər görmədiyi bildirilib. “Trassaya ziyan dəyməsi barədə məlumat daxil olmayıb”, - avtodromun mətbuat xidməti Twitter sosial şəbəkəsində xəbər verib.

Meksika Qran Prisi 27-29 oktyabr tarixlərində keçirilməlidir.