Motorsport Magazine nəşri, Porsche markasının 2021-ci ildə Red Bull Racing komandasını satın alaraq Formula 1 çempionatına daxil olacağının mümkünlüyü barədə yazıb.

Son vaxtlar paddokda gəzən şaiyələrdə, Red Bull Racing komandasının qarşıya qolyumuş marketoloji hədəflərə nail olduğuna, və Diter Mateşitsin böyük xərclər bahasına Böyük Mükafatlarda iki komanda saxlamaq məcburiyyətindən yaxa qurtarmaq istədiyi söylənilir. Deyilənlərə görə, Red Bull şirkəti Porsche zavod komandası ilə birlikdə çalışaraq, bu əməkdaşlıqdan daha az xərc hesabına faydalana bilər.

Məlumata görə, Kristian Xorner komandaya, Ədrian Nyui isə, əvvəlki kimi texniki şöbəyə rəhbərlik edəcəkdirlər. Mahiyyətcə, komandanın yalnız sahibini dəyişəcək və avtoidmanda ən nüfuzlu isimlərdən biri olan Porsche markasının dəstəyini alacaqdır. Red Bull Racing komandasının keçmiş pilotu və Porsche Motorsport komandasının LMP1-dəki indiki üzvü Mark Uebber də iki təşkilat arasında bağlayıcı halqa ola bilər.