Britaniyanın Daily Mail nəşrinin bildirdiyinə görə, Renault nümayəndələri, Red Bull Racing komandasını, 2018-ci ilin sonunda mühərrik təchizatı üzrə bağlanmış müqaviləyə son veriləcəyi haqqında xəbərdar ediblər. Bu barədə elan Sinqapurda keçrilən həftəsonunda verilə bilər.

Son avxtlar fransız istehsalçısı Red Bull Racing tərəfindən zəif və etibarsız mühərriklər yaratdığı bildirilərək amansız tənqidlərə məruz qalıb. Çox güman ki bu tənqidlər, Avstriya komadasına 2010-2013-cü illərdə dörd çempionluq titulu qazandırmış əməkdaşığa son qoyulmasına səbəb olub.

Bu qərar Red Bull Racing komandasını çətin vəziyyətə sala bilər, çünki 2018-ci ilin sonunda Maks Ferstappen və Dəniel Rikkardonun komanda ilə qüvvədə olan müqavilələrinin vaxtı bitir. Eyni zamanda, Sinqapurda RBR-in tğrəmə komandası olan Toro Rosso komandası ilə Honda arasında müqavilənin bağlanması barədə elan da verilə bilər. Müvafiq olaraq Red Bull Racing komandası da Honda mühərriklərinə keçmək şansına malikdir. Əsas məsələ, Honda mühərriklərinin inkişaf tempidir.

Əks təqdirdə, Avstriya komandasını ciddi problemlər gözləyəcəkdir.