Dünya ralli çempionatının dördüncü mərhələsinin qalibi Hyundai komandasının rənglərini müdafiə edən Tyerri Nyövil olub. Qeyd etmək lazımdır ki, Korsikada keçirilən ralli ilk gündən hadisələrlə bol olub.

Söhbət yarışa liderlik edənlərin tez-tez dəyişməsi olub. Yarışların ilk günü Toyota pilotu Ott Tyanak liderlik etsə də, günün ikinci yarısında Ford pilotu Elfin Evans liderliyi onun əlindən alıb. Cümə günü Ott Tyanak yenidən Elfin Evansı üstələməyə müvəffəq olub. Sonuncu buraxdığı xırda səhvlər ucbatından eston rəqibinə uduzub. Lakin, işlərin bununla bitdiyini düşünürsünüz isə, səhv edirsiniz.

Ott Tyanak (Toyota Yaris WRC)

Şənbə günü səhər sessiyasından sonra liderlik yenidən əl dəyişdirib - Ott Tyanak beşinci xüsusi hissədə təkərini deşərək yeddinciliyə qədər geriləyib. Liderliyi ələ keçirlən Elfin Evans çox da sevinə bilməyib - o liderliyini 47 kilometrlik Kastaniçça dopunun sonuna qədər qoruya bilib. Nəticədə günün lideri Tyerri Nyövill olub.

Bu gün keçirilən iki xüsusi hissə də gərgin mübarizə şəraitində davam edib. Ən maraqlısı odur ki, hər xüsusi hissənin sonunda lider dəyişikliyi olub. 50 kilometrlik son hissədə lider iki dəfə dəyişib. Final gününü Nyövilldən 4,5 saniyəlik geriqalma ilə başlayan Evans birinci xüsusi hissədə 15 saniyə qazanaraq birinci yeri qaytarıb.  

Elfin Evans (Ford Fiesta WRC)

Lakin, sonuncu xüsusi hissədə britaniyalı təkərini deşərək dəqiqə yarım itirib və ümumi birincilikdə üçüncülüyə geriləyib. Evans nəinci Nyövili, həmçinin Sebastyan Ojyeni də irəli buraxıb. Yarışı doqquzuncu yerdə bitirən Kris Mik isə bonus xüsusi hissəsində ən yeyin pilot olub. Əlavə xalları Toyota komandasının üzvü Oyy Tyanak və M-Sport pilotu Teemu Cunninen əldə ediblər.

Fransa rallisindən sonra Tyerri Nyövill çempionatın liderliyinə yüksəlib. O. Sebastyen Ojyeni bir xal, Ott Tyanakı isə doqquz xal üstələyir. Xatırladaq ki, Tyanak Fransaya çempionatın lideri olaraq gəlmişdi.

Sebastyen Ojye (Citroen C3 WRC)