San-Pauluda işinə başlamış avtosalonda Hyundai şirkəti Creta modelinin Diamond adlı dəbdəbəli modifikasiyasını təqdim edib. Koreya istehsalçısının Braziliyadakı bölməsi tərəfindən inşa edilmiş krossover 19-düymlük təkər disklərinə, panoram tavana, salonun dəlikli fil sümüyü rəngində dəri ilə tərtibatına və multimedia sisteminin arxa sərnişinlər üçün nəzərdə tutulmuş displeylərinə sahib olub.

Prestige modifikasiyasının bazasında hazırlanmış dəbdəbəli Hyundai Creta mavi metallik rənginə boyanmiş kuzova malikdir. Avtomobilin bamperlərinin aşağı hissəsi, kandarlar və təkər tağlarının əlavələri də kuzovun rənginə boyanıbdır. Krossoverin radiator barmaqlığı qara parlaq rəngdədir. Bundan başqa, arxa fənərlərin tərtibatı da fərqlidir.

Öndənçəkişli dəbdəbəli Creta benzin və etanolla işləyən 156 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir. Avtomobilə etanol doldurduqda mühərrikin gücü 10 at qüvvəsi artmış olur. Güc aqreqatı altı diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt