Hyundai və Kia şirkətləri telekommunikasiya nəhənglərindən olan Vodafone şirkəti ilə panavropa əməkdaşlığı barədə müqavilə imzalayıblar. Vodafone şirkətinin texnologiyaları gələn ildən koreya markalarının Avropada satılacaq avtomobillərində quraşdırılacaq məlumat-əyləncə komplekslərinin əsasını təşkil edəcəkdir.

Eyni zamanda, bu komplekslərin paralel olaraq Apple CarPlay və Android Auto tətbiqləri ilə də çalışacaqları da bildirilib. Yeni xidmətlər sayəsində koreya avtomobilləri smartfonla kəsintisiz inteqrasiya edəcək konnekt-karlara çevriləcəkdirlər. Yəni, avtomobillərin multimedia kompleksi real vaxt rejimində tıxaclar və boş olan dayanacaq yerləri, diaqnostikanın nəticələri barədə məlumatları alacaqdırlar.

Vacib elementlərdən biri səkkiz dili dəstəkləyən səsi tanıma sistemi və “İnternet əşyaları” üçün platforma olacaqdır. Çox güman ki, Vodafone media mərkəzlərindən ilk istifadə edənlər Böyük Britaniyanın əhalisi olacaqdır.

Mənbə: Drive.ru