Beş il bundan əvvəl Niro modeli Kia şirkətinin model xəttindəki ilk “yaşıl” atomobil olub: Niro modeli yalnız hibrid və elektrik versiyalarında təklif edilir. Niro modelinə dünyadakı tələbat yaxşıdır: keçən krossover 130 min nüsxəlik tirajla satılıb. Bu gün Cənubi Koreyada keçirilən Seoul Mobility sərgisində ikinci nəsil Niro modeli debüt edib.

Yığcam krossover formatı qorunub saxlanıb, lakin Kərib Həbibin başçılıq etdiyi dizayner komandası Niro modeli daha dəbli etməyə çalışıblar. Krossoverin eksteryer dizaynı iki il bundan əvvəl təqdim edilmiş Kia HabaNiro konsept avtomobilinin üslubunda tərtibata malikdir. Məsələn, forması kardioqramı xatırladan gündüz hərəkət işıqları və arxa fənərlərin iri “bumeranqları” konseptdən götürülüb. Damın arxa dayaqları bağlıdır və seçilən rəngə boyanırlar. Xatırladaq ki, ilk modeldə arxa dayaqda əlavə pəncərələr var idi.

Təəsüflər olsun ki, istehsalçı yeni Niro modelinin xarakteristikalarını açıqlamayıb. Modifikasiya çeşidində “adi” və qoşulan hibridin, habelə tamamilə elektrik versiyasının olacağı məlumdur. Sonuncu mərkəzində yükləmə cihazırının giriş nöqtəsi olan başqa ön panel ilə seçilir. Hibridlər üçün yeni hərəkət rejimi hazırlanıb - Greenzone Mode Drive. Bu rejimdə, elektronika naviqatorun məlumatlarına əsaslanaraq yaşıl zonalarda krossoveri avtomatik olaraq elektrik dartmasına keçirir. Məsələn, parkların, xəstəxanaların və məktəblərin yaxınlığında.

Niro modelinin yeni interyeri Kia EV6 elektrokarı ilə eyn üslubda dizayna malikdir. Burada ikiqollu sükan çarxı, vahid şüşə altında iki ekran, klimat-kontrolun sensorlu idarəetmə bloku və trasnmissiyanın şaybasını görmək olar. Tərtibatda təkrar emal materiallarından geniş istifadə olunur: məsələn, tavan emal Edilmiş divar kağızlarından, oruracaqların üzlüyü isə evkalit yarpaqlarından hazırlanıb. Oturacaqlar salonu daha geniş etmək məqsədi ilə daha nazik formaya malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İkinci nəsil Kia Niro modeli 2022-ci ildə satışa çıxarılacaqdır. Hibrid versiyaıar brinci rübdə, elektromobil isə ikinci rübdə satış debütü etməlidirlər. Təfərrüatlar həmin zaman açıqlanacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.